Yaşlanma Qorxusunu Həyatımızdan Çıxardacaq Olan 7 Elmi Kəşf

Alimlər hələ ki yaşlanmağın (qocalmanın) qarşısını tam alacaq bir vasitə tapmasa da, bu mövzuda araşdırmalar gələcək üçün daha möhkəm təməllərini qoymağa başladı. Sizin üçün bizi bu nöqtəyə gətirəcək və yaşlanmanın mənfi təsirlərini aradan qaldıracaq 7 elmi kəşfi sadaladıq.

Sağlamlıq sektoru, inkişaf etməkdə olan texnologiya ilə 10 il əvvələ nisbətən indi daha inkişaf etmiş bir nöqtədədir. Ancaq texnologiyanın eksponent inkişaf sürətinə baxmayaraq, elm adamları hələ insan təbiətinin gerçəkliyinə bir həll yolu tapmadı: yəni yaşlanmaya.

İnsanların saçlarının ağarmasınagücünü itirməsinə səbəb olan yaşlanma, təəssüf ki, ən axırda insanın ölümü ilə nəticələnir. Bir çox insanı zəiflədən və ölümə səbəb olan yaşlanmanınma aparılmışdır. Ancaq , yaşlanmanın aradan qaldırılmasını tədricən təmin edən bu elmi kəşflər vardır ki, bu siyahıda sizin üçün 9-nu sadaladıq.

| 1. Kök Hüceyrələrlə Yaşlanmanı Geriyə Çevirmək

  • Tədqiqatçılar: Alejandro Ocampo, Pradeep Reddy, Paloma Martinez-Redondo, Aida Platero-Luengo, Ergin Beyret və digər 17 alim
  • Tədqiqatın aparıldığı yer: Salk Bioloji Tədqiqat İnstitutu

Kaliforniyadakı Salk Bioloji Tədqiqatlar İnstitutu 2016-cı ildə son dərəcə mühüm bir müvəffəqiyyətə nail oldu. Alimlər yaşlanan siçanların hüceyrələrini induksiyalı pluripotent kök hüceyrələrdən istifadə edərək yenidən proqramlaşdırdılar. Yetkin hüceyrələrdən yaranan kök hüceyrələr dəri hüceyrələrinin embrional (ilk vaxtdakı) vəziyyətə qayıtmasını təmin etdi. Tədqiqatın nəticəsi olaraq hüceyrələri yenidən proqramlaşdırılmış siçanların nəzarət qrupundakilərdən 30% daha uzun yaşadığı ortaya çıxdı.

| 2. Qocalan Hüceyrələri Yenidən Cavanlaşdırmaq 

  • Tədqiqatçılar:Nikolay P. Kandul, Ting Zhang, Bruce A. Hay və Ming Guo
  • Tədqiqatın aparıldığı yer: Kaliforniya Universiteti, Kaliforniya Texnologiya İnstitutu

Kaliforniya Universiteti və Kaliforniya Texnologiya İnstitutunun alimləri hüceyrələrdəki mitoxondriyaları düzəltmək üçün bir metod inkişaf etdirdilər. Mitokondriyada mutant mtDNA meydana gəlməsinin hüceyrələrin yaşlanmasına və ölməsinə səbəb olduğunu bildirən elm adamları, mtDNA’ları hədəf almaq üçün hüceyrələrin öz-özünə yenilənmə xüsusiyyətlərindən istifadə etməyi bacardılar.

 

| 3. Qocalmış Hüceyrələrin İtirdiyi Bir Bacarığı Geri Çevirmək

  • Tədqiqatçılar: Eva Latorre, Vishal C. Birar, Angela N. Sheerin, J. Charles C. Jeynes, Amy Hooper, Helen R. Dawe, David Melzer, Lynne S. Cox, Richard GA Faragher, Elizabeth L. Ostler və Lorna W Harris
  • Tədqiqatın Aparıldığı Yer: Exeter Universiteti, Brighton Universiteti

2017-ci ildə Exeter və Brighton Universitetləri tərəfindən nəşr olunan bir tədqiqatda, tərs yaşlanma texnologiyası üçün böyük bir sıçrayışa səbəb oldu. Əvvəllər hüceyrələrdə birləşdirmənin hüceyrə yaşlandıqda fəaliyyətsiz olduğunu bildirən araşdırmalara əsaslanaraq, bu tədqiqat yeni hüceyrələrlə köhnə hüceyrələrin birləşməsi yaşlı hüceyrələrin yenidən aktivləşdirilə biləcəyini göstərdi. Başqa sözlə, köhnə hüceyrələr də cavan hüceyrələr kimi bölünməyə davam edə bilər.

| 4. Yaşlanmanı tərsinə çevirmək

  • Tədqiqatçılar: Hongli Jiao, Brian E. Walczak, Ming – Song Lee, Madeleine E. Lemieux və Wan – Ju Li
  • Tədqiqatın Aparıldığı Yer: Wisconsin-Madison Universiteti

Bioloji yaşlanmada əsas rol oynayan sirli bir gen, 2020-ci ilin noyabrında Wisconsin-Madison Universitetinin alimləri tərəfindən aparılan bir araşdırmada aşkar edildi. Alimlər, bioloji yaşlanmanı əhəmiyyətli dərəcədə ləngitməyin və geri qaytarmağın yolunu bizə təklif etdi.

| 5. Yaşlanmanın Mövcud Dərmanlarla Qarşısını Almaq

  • Tədqiqatçılar: James L. Kirklandın rəhbərlik etdiyi 33 nəfərdən ibarət bir qrup
  • Tədqiqatın Aparıldığı Yer: Mayo Clinic

2018-ci ildə Nature Medicine-də yayımlanan bir araşdırma, hazırkı dərmanların insan ömrünü uzatmağa və yaşla əlaqəli sağlamlıq problemlərini qarşısını almağa imkan verəcəyini irəli sürdü. Siçanlar üzərində aparılan araşdırmada siçanlara dasatinib və quercetin müalicəsi tətbiq olundu. Alınan nəticələr müalicə olunan siçanların digər siçanlardan 36% daha uzun yaşadığını göstərdi.

| 6. Hüceyrələrin Qırışmasının Qarşısı Alınarsa, Yaşlanma Azaldıla Bilər

  • Tədqiqatçılar: Holly Whitton, Larry N. Singh, Marissa A. Patrick, Andrew J. Price, Fernando G. Osorio, Carlos López‐Otín, Irina M. Bochki
  • Tədqiqatın Aparıldığı Yer: Virginia Universiteti

2018-ci ilin may ayında nəşr olunan bir araşdırmada yaşlanmanın bir çox təsirinin hüceyrələrdəki qırışların səbəb olduğu ortaya çıxdı. Buna görə hüceyrə qırışdıqca DNT lazım olduğu kimi işləyə bilmir. Araşdırmaya görə qırışmış hüceyrələri hüceyrələri yumşaldan lamin adlı bir protein ilə yumşaldıla bilər. Beləliklə, hüceyrələr yenidən gənc hüceyrələr kimi fəaliyyət göstərməyə başlayır.

| 7. Pumping Youth Back Into Veins

  • Tədqiqatçılar: Geraldine Gontier, Manasi Iyer, Jeremy M. Shea, Elizabeth G. Wheatley, Miguel Ramalho-Santos, Saul A. Villeda
  • Tədqiqatın Aparıldığı Yer: Kaliforniya Universiteti

2018-ci ilin yanvar ayında Cell Reports-da yayımlanan bir araşdırmaya görə, gənc insanların  qanı qocalmaya qarşı silah kimi istifadə edilə bilər. Alimlər araşdırmalarında gənc siçanların qanını yaşlı siçanlara verdilər və nəticədə yaşlı siçanın beynində neyron və kök hüceyrə istehsalı stimullaşdırıldı. Tədqiqat nəticəsində əldə edilən nəticələrdən sonra klinik sınaqlara da başlanıldı.

| Bonus: Müəyyən Hüceyrələri Aradan Qaldıraraq İnsan Ömrünü Uzatmaq Olar

  • Tədqiqatçılar: Cəmi 81 alimdən ibarət komanda
  • Tədqiqatın Aparıldığı Yer: Buck Institute for Research on Aging, Washington Üniversitesi Universiteti

2015-ci ilin oktyabr ayında Hüceyrə Metabolizması jurnalında dərc olunan 10 illik bir araşdırmaya görə, elm adamları insanın ömrünü uzada biləcək genləri müəyyənləşdirərk və ortadan qaldırmağa müvəffəq oldular. Elm adamları 238 gen aşkarladı və bu genləri çıxarmaqla insan həyatın 60% artacağını açıqladı.

Bir siyahının daha sonuna gəldik.

Digər

Daxil Ol
Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
6
+1
6
+1
0
+1
2

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.