Çin texnologiya nəhəngi Xiaomi-nin keçən ay elan etdiyi ilk qatlana bilən telefon satışa çıxan kimi satıldı. Böyük maraq görən Mi Mix Foldun 3 fərqli variantı, 16 aprel tarixində dəqiqədə 30 mindən çox ədəd satıldı.
Xiaomi -nin ilk qatlanabilir ağıllı telefonu olan Mi Mix Fold, mart ayının sonunda təqdim edildi. Təqdimatdan qısa müddət sonra satışa çıxarılan telefon gözləniləndən daha çox maraq gördü. Xiaomi-nin tankını boşaltan meraklılar saniyələr ərzində 30 mindən çox telefon aldılar.
Mi Mix Fold, Xiaomi’nin əvvəllər heç sınamadığı bir telefondur. Bir çox şirkət son bir neçə ildə qatlana bilən smartfonlarını böyük təqdimatlarda tanıtdırsa da, Xiaomi bu istiqamətdə çalışmadı. Nəhayət, 30 martda elan edilən qatlana bilən telefon, Xiaomi istifadəçilərində böyük maraq doğuracaq və şirkət 1 dəqiqədə təxminən 60 milyon dollar gəlir əldə etdi.
| 30-40 min ədəd satdı
MI Mix Foldun sərbəst buraxıldığı ilk dəqiqədə 30-40 min ədədə satıldığı düşünülür. Fərqli qiymət variantları və satılan vahidlərin miqdarı nəzərə alınmaqla əldə edilən gəlir təxminən 61,3 milyon dollardır.
| 3 qiymət seçimi var
Xiaomi Mi Mix Fold, 12 GB / 16 GB RAM və 256 GB / 512 GB yaddaş seçiminə malikdir. Bu xüsusiyyətlərdən başqa kamera, prosessor və ekran kimi xüsusiyyətlər hər seçimdə eyni qalır. 12 GB RAM və 256 GB yaddaş 1530 dollara satıldığı halda, 512 GB yaddaşa sahib olan orta versiya 1680 dollardan rəflərdə yer alır. 16 GB RAM və 512 GB yaddaşa sahib olan ən güclü versiya 2000 dollara satılır.
Son olaraq 1 toxunuş qədər vaxt aparan yazıya reaksiya bildirməyi unutmayın ) Yeniliklərdən tez xəbərdar olmaq üçün isə rəsmi Telegram kanalımıza abunə ola bilərsiniz.