Xiaomi, ABŞ Qadağasına Qarşı Açdığı Məhkəmə İşini Qazandı

ABŞ-da, Pentaqonun Xiaomi-ni qara siyahıya alma qərarına qarşı məhkəməyə müraciət edən Çin şirkəti məhkəmədən istədiklərini əldə etməyi bacardı. Məhkəmə, Pentaqonun qərarını “dərindən xətalı” olaraq xarakterizə etdi.
 
Çin ilə ABŞ arasındakı ticarət müharibələri Huawei-yə ən çox mənfi təsir etmişdi. Huawein satışlarına ciddi şəkildə təsir edərkən, vəziyyətdən ən çox faydalanan şirkətlərdən biri də Çin mənşəli bir şirkət olan Xiaomi idi.
 
ABŞ hökuməti və Pentaqonun bu yaxınlarda Xiaomi’nin ABŞ-a investisiya qoymasını qadağan edən bir qərar qəbul etdiyini açıqladı, buna qarşı olaraq Xiaomi Pentaqonu ABŞ məhkəməsinə şikayət etdi. Məhkəmə heyəti alınan qərarın səhv olduğuna qərar verdi. Yəni bu qadağalar Xiaomi-yə tətbiq edilə bilməz.

| İttihamlar Pentaqondan Gəlmişdi

Xiaomi-nin problem yaşamasına səbəb olan ittihamlar Pentaqondan gəlmişdi. Pentaqon rəsmiləri Xiaomi-nin Çin ordusu ilə əlaqəli şirkətlərdən biri olduğunu iddia edərək ABŞ torpaqlarına yatırımlarını (satış etməsini) dayandırmalarını xahiş etdilər.
 
Məhkəmə hakimi Rudolph Contreras, hökmün şərh hissəsində:
 
“Xiaomi mülki istifadə üçün kommersiya məhsulları istehsal edən, müstəqil idarə heyəti və nəzarət səhmdarları tərəfindən idarə olunan və dövlətin nəzarəti altında olmayan bir ictimai şirkətdir. Çin Respublikasının  təhlükəsizlik xidmətləri ilə əlaqəli deyildir. “

Xiaomi isə açıqlamasında hakimin qərarından məmnun olduqlarını və investisiya baryerini tamamilə aradan qaldırmaq üçün işə başlayacaqlarını bildirdi. Pentaqon isə hələlik məsələ ilə bağlı rəsmi bir açıqlama verməyib.

| Bu, Trampın Son Qərarlarından Biri İdi

ABŞ-ın əvvəlki prezidenti Donald Trampın administrasiyasının (vəzifəsinin) bitməsindən bir neçə gün əvvəl Xiaomi-nin ABŞ-dakı investisiyalarına məhdudiyyət qoyacaq qərar imzalanmışdı. Əlbətdə ki, Xiaomi bu qərardan şikayət vermək hüququndan istifadə etdi və işi məhkəməyə verdi.
 
Hakimin ifadəsində qərarın rədd edildiyi və şirkətə geri dönməz ziyan vurmamaq üçün ətraflı araşdırma tələb olunduğu bildirildi. ABŞ-dakı bir qadağa, Xiaomi’nin bir çox əsas indekslərdən və standartlardan (çipset və digər amerikan məhsullarını almaq) çıxarılmasına səbəb olacaqdı. Gəlin görək bu mübarizənin son qalibi olan iki şirkətdən hansı olacaq? Bunu vaxt göstərəcək!
 
Mənbə – 1 , 2

Digər

Daxil Ol
>