Şüuraltı Çalışmalarla Həyatınızı Dəyişdirin

Bu günə qədər heç şüuraltı sözünü eşitmisiniz mi? Bunun bəs nə bilmirsiniz? Ancaq bunu bilin ki, həyatınızı dəyişdirmək üçün üçün bir möcüzə axtarmaqa ehtiyacınız yoxdur, möcüzə sizin içinizdədir. Düşüncə tərziniz sizin necə biri olduğunuzu və necə yaşadığınızı müəyyənləşdirir. Xarakterinizin əvəzolunmaz hissələri olduğunu düşüncələriniz, etdiyiniz davranışlar əslində yalnız vərdişlərinizdir.

Nizamlı bir iş görməklə sizi mənfi təsir etdiyini düşündüyünüz bəzi vərdişlərdən qurtulmaq mümkündür. Zehninizin işləmə prinsiplərini öyrənərək, nəzarəti ələ ala və tam olaraq istədiyiniz şəkildə həyatınızı yaşaya bilərsiniz. Əslində son illərdə tez-tez eşitdiyiniz ancaq nə olduğunu bilmədiyiniz “şüuraltı təmizlənmə” ( “bilinçaltı temizliği”) tamda bu məsələni ələ alır.

Bu yazıda sizə şüuraltı düşüncənizdən necə düzgün formada istifadə edərək istədiyiniz bir çox şeyi əldə edə biləcəyinzdən bəhs etdik. Xoş oxumalar.

| Şüuraltı və şüur ​​anlayışları bizə nə deyir?

Şüuraltı dedikdə məşhur titanik filmindən bildiyimiz aysberq sözü bunu açıqlamaq üçün ən düzgün yoldur. Sigmund Freud (dünyaca məşhur psixiatr) şəxsiyyət nəzəriyyəsini təsvir edərkən tez-tez istifadə olunan bu görüntüyə, buzdağının görünən kiçik hissəsi şüurumuzu, suyun altındakı əsas hissəsi şüuraltımızı təmsil edir ifadəsini işlətmişdir

Conscious – Şüur , Subconscious – Şüuraltı

Şüur içində olduğumuz vəziyyətə dair hiss etdiyimiz hər şeyi əhatə edir. Otaq istiliyi, çöldən gələn səslər kimi duyğu orqanlarımızla qəbul etdiyimiz hər şey şüur ​​sərhədləri daxilində qiymətləndirilir.

Şüuraltı, duyğularımızın, təcrübələrimizin və yaşadığımız hadisələrə bağladığımız mənaların dünyaya gəldiyi andan bəri saxlandığı bölgədir. Bunu edərkən beyin ən ibtidai ehtiyaclarımızdan biri olan “yaşamaq” məqsədimizə xidmət edir. Çox vaxt biz xatırlamadan istər-istəməz bədən hərəkətlirimizi idarə edən şüuraltı üçün duzgün və ya səhf deyə bir şey yoxdur. Bu bölgədə saxlanılan bütün məlumatlar, seçilmədən, gerçəkliyimizi formalaşdırmağa və kim olduğumuzu təyin etməyə başlayır. 

Biraz qarışıq olduğunu başa düşürük ancaq oxumaya davam etdikcə nədən bəhs etdiyimizi çox yaxşı başa düşəcəksiniz.

 

| Şüuraltı necə bir mexanizmlə işləyir?

Araşdırmalara görə, gündə 70 min düşüncə beynimizdən keçir. Bunlara “avtomatik düşüncələr” deyilir. Biz yatarkən, oyaq olarkən, maşın sürərkən, yemək yeyərkən hər an özləri də bilmədən qısaca bizi müşayiət edirlər.

Faydalı insanlar bizim üçün yaxşı yoldaş olarkən, faydası olmayanlar məkrli bir düşmən kimi həyatımızı ələ keçirməyə başlayırlar. İşlərin səhv getməyə başladığını və bunu dəyişməyə qərar verdiyimizdə düyməni basırıq və həyatımızda böyük dəyişiklik başlayır.

Misal üçün; Davamlı uğursuzluqdan şikayət edən bir insan, “nə qədər çalışsam da, nə qədər çalışsam da, başqalarının bacardığının yarısını belə edə bilmərəm, həmişə daha çox çalışmalıyam” kimi düşüncələrlə həyatına davam edir. Bu şəxsin əsas inancı “Mən qeyri-kafiyəm deməkdir”. Bir insan əgər öz üstündə şüuraltı araşdırma edərsə bu düşüncələri, davranışları və nəhayət həyatı dəyişəcəkdir.

Bizi özümüzə çevirən əsas inanclarımız şüuraltımıza yüklənmiş məlumatlardan ibarətdir. Misal üçün; Bir insanda “mən dəyərsizəm” inamı varsa, həyatında qarşılaşacağı bütün insanlar və hadisələr, özünü dəyərsiz hiss etmələri üçün şüuraltı ilə möhtəşəm bir əməkdaşlıq edəcəkdir. Bu sistemin işləmə mexanizmini bilmək həm də onu düzgün idarə etmək imkanı verir.

Mexanizm qısaca nəyi çox təkrarlayırsınızsa onu sizə qaytarır. Əgər çox məyusluq hissi keçirirsinizsə həmişə qarşınıza sizi məyus edəcək hadisələr çıxacaqdır. 

| Dəyişikliyi təmin etmək üçün haradan başlanılmalıdır? 

Davranışımız düşüncələrdən ibarətdir və düşüncələrimiz duyğu qruplarıdıan. Düşüncələrimiz və ya hərəkətlərimiz bizi qane etmirsə, həll yolu tapmaq üçün axtarmalı olduğumuz şüuraltı, yəni duyğusal dünyamız olmalıdır.

Beynimizin duyğuları idarə edən hissəsi ilə məntiqi idarə edən hissəsi arasında harmoniya və sülhü əldə etdikdə duyğu dünyamızı dəyişdiririk. Bunu etmək asan səslənsə də, ciddi səy tələb edir. Bütün reallığımızın bir gündə dəyişəcəyini düşünmək sadəcə səhvdir.

Hər şeydən əvvəl, insanın davamlı bir niyyəti və yorulmadan çalışmaq əzmi olmalıdır. Düşüncəmizi hər gün biraz biraz dəyişsək qısa müddətdədə olmasa bir müddət sonra istədiyimiz yerə gedib çatmağı bacararıq.

| Şüuraltı düşüncədən istifadə edərək ehtiyacı olanı tapmaq.

İndi sual verirsiniz o qədər asan deyil axı bu. Bəli asan deyil ona görə şüuraltınıza enib sizə lazım olanı tapmaqa ehtiyacınız var. Bunu etmək üçün sakit bir yerə keçin və nəyi əldə etmək istədiyiniz düşünün, sizə lazım olan nədir onu düşünün. Ən axırda tapdıqdan sonra istədiyiniz şeyi əldə etmək üçün nələr etməlisiniz onu düşünün. Düşündüyünüz vaxt heç özünüz belə necə olduğunu bilmədən ehtiyac duyduğunuz hər şeyin nə olduqunu tapacaqsınız. Geriyə sadəcə istəyinizə çatmaq üçün etməli olduğunuz fəaliyyətlər, hərəkətlər dayanır.

Ehtiyacımız olan hər şeyi və əldə etmək üçün lazım olanları tapdıqdan sonra geriyə onu tətbiq etmək qalır. Əlbətdə ki, bu asan bir proses deyil bunu yuxarıdada qeyd etdik. Onun üçün tələsməyin yavaş-yavaş həyatınıza bunları tətbiq etməyə başlayın.

Məsələn ehtiyacınız kitab oxumaqdır 2 günə kitab oxuyub qurtaraca deyildə, gündə 20 səhifə yada 20 dəqiqə kitab oxuyacam deyərək başlamalısınz.

Son bir tövsiyyə yuxarıda qeyd etdiyimiz hər bir şeyi kağıza qeyd edərək etsəniz daha yaxşı nəticə əldə edəcəksiniz. Kağıza qedy olunan hər şeyi beyin artıq vizuallaşmış sayır və ən əsası şüuraltı vizuallaşdırma ilə ortaq işləyir.

  • Mənbə – 1

Digər

Daxil Ol
Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.