Spotify Komputer və Veb Versiyası Üçün Yeni Dizaynını Bölüşdü

Spotify-ın komputer və veb versiyası yeniləndi. Bu yeniləmə ilə tətbiqin ümumi görünüşünə xırda toxunuşlar edildi, mobil versiya ilə komputer və veb versiyası arasındakı fərqləri azaltıldı. Spotify-a görə bu yeniliklər xüsusiyyətlərin istifadəsini asanlaşdırır.

Aktiv istifadəçilər sayını gündən-günə artıran Spotify, bu gün əhəmiyyətli bir yenilik etdiyini açıqladı. Etdikləri dəyişikliklər nəticəsində Spotify-ın veb və komputer versiyasını yeniləyən programçılar, istifadəçilərə yeni bir interfeys təqdim etməyə başladılar. Bu interfeys Spotify istifadəçilərinin mobil cihazlar və komputer cihazları arasındakı fərqləri azaltmağa və istifadəçilərə daha yaxşı bir Spotify təcrübəsi təqdim etməyə kömək edir.

Spotify-ın komputer və veb versiyaları mobil tətbiqə ilə müqayisə edildi. Beləliklə, istifadəçilər Spotify-ın komputer versiyasına və ya veb versiyasına daxil olduqda, yeni bir tətbiq istifadə etdikləri kimi deyil, daha böyük bir smartfon ekranından istifadə etdiklərini hiss edirlər. Bu, istifadəçilərə harada nə olduqunu daha rahat bilməsinə və daha yaxşı təcrübə əldə etməsinə icazə verir.

| Spotify’ın yenilənmiş veb və komputer versiyasının, görünüşü aşağıdakı kimidir

Tətbiqin ümumi görünüşünü daha yığcam hala gətirən programçılar, funksionallıq üzərində də müəyyən işlər görmüşdürlər. Bu yeniliklərin bir hissəsi olaraq programçılar çalğı siyahıları üçün yeni tənzimləmə vasitələri əlavə etdilər və beləliklə istifadəçilərin əvvəlki illərdən daha asan formada pleylistlər yarada bilirlər.

Gördükləri işlərlə bağlı açıqlamalar verən Spotify səlahiyyətliləri, edilən yeniləmələrlə onsuz da bilinən və populyar olan xüsusiyyətlərin indi daha asanlıqla istifadə edilə biləcəyini bildirirlər. Yenilənmiş veb versiyasına birbaşa daxil ola bilən istifadəçilərin yeni komputer versiyasını görmələri üçün tətbiqlərini yeniləmələri lazımdır.

Digər

Daxil Ol
Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.