Speedtest Açıqladı! Dünyanın Ən Sürətli Mobil və Genişzolaqlı İnterneti Haradadır? Azərbaycanın Siyahıdakı Yeri

Speedtest, yeni ilin ilk mobil və genişzolaqlı internet sürət məlumatlarını açıqladı. Dünyanın ən sürətli mobil internetinə sahib olan ölkə yerini dəyişərkən; Azərbaycanında dünya sıralaması yeri aydın oldu.

Dünyanın ən populyar internet performansı test xidməti olan Speedtest, 2021 yanvar məlumatlarını paylaşdı və yeni ilin ilk ayında orta mobil və genişzolaqlı internet sürətini açıqladı. Mobil və genişzolaqlı internet sürətlərini ölkə bazasında ortaya qoyan Speedtest, bu sayədə ən sürətli və yavaş internetə sahib ölkələridə açıqladı.

Speedtest məlumatlarına görə, 2021-ci ilin yanvar ayında ortalama mobil internet sürəti köçürmə zamanı 46,74 Mbps və yükləmə zamanı 12,49 Mbps idi; gecikmə (ping) 37ms idi. Dünyadakı orta genişzolaqlı internet sürətinə baxdığımızda ortalama yükləmə köçürmə (download) 96.98 Mbps və yükləmə sürətinin 51.28 Mbps olduğunu görürük. Orta gecikmə isə 20ms təşkil etməkdədir.

| Ən sürətli mobil internetə sahib olan 5 ölkədən 3-ü Yaxın Şərqdədir

Speedtestin məlumatlarına görə ortalama mobil internet yükləmə sürəti 183.03 Mbps olan Birləşmiş Ərəb Əmirlikləri bu baxımdan dünyada 1-ci yerdədir. İnternet sürəti 171,26 Mbps olan Cənubi Koreya ikinci yerdədir; Siyahının əvvəlki lideri Qətər 170,65 Mbps orta mobil internet sürəti ilə üçüncü yerdədir.

| Speedtest-ə görə 2021-ci ilin yanvar ayı etibarilə ən sürətli mobil internetə sahib 10 ölkə

  1. Birləşmiş Ərəb Əmirlikləri – 183.03 Mbps
  2. Cənubi Koreya – 171,26 Mbps
  3. Qatar – 170.65 Mbps
  4. Çin – 149,68 Mbps
  5. Səudiyyə Ərəbistan – 115.84 Mbps
  6. Norveç – 107,83 Mbps
  7. Küveyt – 105.01 Mbps
  8. Avstraliya – 104,16 Mbps
  9. Hollandiya – 97,84 Mbps
  10. Kanada – 94.55 Mbps

Speedtestin genişzolaqlı internet məlumatlarına baxdığımızda, mobil internet sıralamasından tamamilə fərqli bir sıralamayla qarşılaşırıq. Cənub-Şərqi Asiya ölkəsi olan Sinqapur 247.54 Mbps ilə dünyanın ən sürətli genişzolaqlı internet ortalamaya sahib olan ölkədir. Hong Kong 229.45 Mbps ilə ikinci yerdədir. Orta hesabla 220,59 Mbps sürətlə Tayland ən sürətli genişzolaqlı internetə sahib üçüncü ölkədir. Siyahıda ilk üçlüyün hamısı yerlərini qoruya bilmişdir.

| Speedtest-ə görə 2021-ci ilin yanvar ayı etibarilə ən sürətli genişzolaqlı internetə sahib olan 10 ölkə

  1. Sinqapur – 247.54 Mbps
  2. Hong Kong – 229.45 Mbps
  3. Tayland – 220,59 Mbps
  4. Rumıniya – 198.01 Mbps
  5. Danimarka – 190.32 Mbps
  6. Fransa – 188.03 Mbps
  7. Monako – 187.88 Mbps
  8. İsveçrə – 187.08 Mbps
  9. İspaniya – 186.06 Mbps
  10. Macarıstan – 185.92 Mbps

| Azərbaycanın mobil və genişzolaqlı internet sürəti hansı vəziyyətdədir?

Azərbaycanın zirvəyə yaxınlaşması kimi bir hadisəbaş verməsə mobil və genişzolaqlı internet cəhətdən inkişaf var. Orta hesabla 32.78 Mb / s sürətdə mobil İnternetə sahib olan Azərbaycan, keçən ilə (70 ci yerdən) nisbətən artış göstərərək 68 ci yerə yerləşmişdir.
 
 
Azərbaycanın adi internet sürətindədə inkişaf vardır. Buna istinadən azərbaycan keçən ildən bu günə kimi 120-ci yerdən 117-ci yerə keçmişdir. Bilirik Azərbaycan bu sıralamada çox aşağı hissələrdə yerləşir ancaq, inkişafın olması yaxşı göstəricidir.
 

| COVID-19-a baxmayaraq, dünyada orta internet sürəti artmışdır

COVID-19 səbəbiylə bütün dünyanın evlərə bağlanması internet istifadəsinin tarixin ən yüksək səviyyəsinə çatmasına səbəb oldu. Görünən odur ki, artan sıxlığa baxmayaraq, son bir ildə orta internet sürətini artırmağı bacardıq.
 
2020-ci ilin yanvar ayında 32.03 Mbps olan dünya mobil internet yükləmə sürəti, 2021-ci ilin yanvar ayında 46.74 Mbps-ə yüksəldi. Eynilə, 2020-ci ilin yanvarında 74.35 Mbps olan dünya genişzolaqlı internet yükləmə sürəti, 2021-ci ilin yanvar ayında 96.98 Mbps-ə  qədər yüksəldi.
 
Bütöv siyahı – Speedtest

Digər

Daxil Ol
Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.