Hamımızın bildiyi kimi, sosial mediada artıq həyatımızın tam ortasındadır. Ona görə də, sosial mediada iştirak etmək istəyən markalar və şirkətlər buna uyğun işləməyə çalışırlar. Bu səbəbdən də sosial mediadan daha səmərəli istifadə etmək üçün iş sahələri gündən-günə artır.
Bu yazıda sizə tam 10 maddədə sosil media sahəsində edilə bilən 10 fərqli iş modelini sıraladıq. Hazırsınızsa başlayaq.
| 1. Sosial Media Mütəxəssisi
Bu işi görən şəxs bir mövzu, məhsul və ya kanal üçün sosial media platformalarını idarə etməkdən məsuldur. Sosial medianı müəyyən alətlər və metodlarla davamlı izləyərək son tendensiyalardan xəbərdar olmalıdır. Marka və ya ad (brend adı) əməkdaşlığını artırmaq üçün fərqli strategiyaları planlaşdırmaq və həyata keçirmək bu şəxsin vəzifəsidir.
| 2. Sosial Media Strateji Mütəxəssisi
Şirkətin hədəflərinə uyğun olaraq sosial media planlaması edir. İl ərzində hansı platformada marka üçün hansı məzmunun daha faydalı olacağını araşdırır. Markanın sosial mediada görünməsini və şirkətə əlavə edəcəyi prestij və maddi gəliri maksimuma çatdırmaq məqsədini daşıyır.
| 3. Sosial Media Fəaliyyət Mütəxəssisi
Həm fiziki, həm də sosial mediada markanın hədəflərinə uyğun olaraq həyata keçirilən onlayn fəaliyyətlərdən cavabdehdirlər. Tədbir konsepsiyalarına görə fərqli markalar, məşhurlarla (influncer) və ya mütəxəssislərlə əməkdaşlıq edirlər.
| 4. Media Meneceri
Sosial medianın video və vizual məzmun hissəsindən məsuldur. Video və paylaşım platformalarının idarə olunması da işinin əhatə dairəsidir.
| 5. Blogger
Şəxsi istifadəsi ilə məhdudlaşan blogların arxasında bir iş xəttinə çevrilmiş bloglar, sosial medianın vacib bir kanalını təmsil edir. Bu iş sahəsində bloggerlər bir markanın məhsulları üçün xüsusi məzmun istehsal edərək markanın tanınmasında böyük töhfə verirlər.
| 6. Marka Nümayəndəsi
Məhsul kateqoriyalarına görə ixtisaslaşmış marka nümayəndələri, markanın Facebook, Twitter, blog və ya forum tipli kanallarda təmsil müddətlərini idarə etməkdən məsuldurlar. Marka nümayəndələri sosial media mütəxəssisləri ilə əməkdaşlıq edirlər.
| 7. Auditoriya Meneceri
Xarici ölkələrdə daha çox üstünlük verilən və böyük şirkətlərdə iştirak edən auditoriya menecerləri, markanın tanınma prosesini sosial mediada izləyicilər arasında izləyirlər. Tələb olunan yeniliklər, hazırlanmış anket və tədqiqat kimi fərqli vasitələrlə müştərilərin nəbzini (hərəkətlərini) ölçməklə müəyyən edilir.
| 8. Məzmun Strategiyası Mütəxəssisi
Məzmun strategiyasında hədəf məzmuna uyğun olaraq məhsula töhfə (haqqında məlumat) vermək lazımdır. Bunun üçün məzmun mütəxəssisi populyar tendensiyaları izləyir, məzmunun necə inkişaf etdiriləcəyini araşdırır və məhsulun satış həcmini artırmaq üçün məzmun marketinq strategiyaları hazırlayır.
| 9. Məzmun Meneceri
Məhsula, mövzuya, kanala və auditoriyaya uyğun məzmunu yaradan şəxsdir. Məzmun meneceri tamaşaçı (auditoriya) üçün uyğun təsirli mətnlər hazırlamaqdan məsuldur.
| 10. Sosial Media Marketoloqu
Sosial media mütəxəssisləri və ya marketoloqları sosial mediada təmsil edən insanlar vermək istədikləri mesajların video, audio, mətn, fotoşəkil kimi müxtəlif vasitələrlə yayılmasını təmin edirlər. Sosial media marketoloqları da bu istiqamətdə fərqli strategiyaların hazırlanmasından məsuldurlar.
Siyahı bu qədərdir. Bunun kimi bir çox məzmundan xəbərdar olmaq üçün saytımızı izləməyi və fikirlərinizi / təkliflərinizi aşağıdakı rəy hissəsində bildirməyi unutmayın 🙂