Son 24 Saat Ərzində 10 Ən Populyar Kripto Valyutadan 8-i Dəyərini İtirdi

Kripto valyutaların dəyərindəki ciddi artım sürətli satışları özü ilə birlikdə gətirdi. Hindistanın kripto pullarını da qadağan edəcəyini açıqlaması ilə, demək olar ki, bütün kripto valyutalarda satış dalğası başladı.

Dünən ki xəbərdə Hindistanın ölkədəki kripto pula sahib olma, ticarət və köçürülməsini qadağan etməyi planladığını bildirdi. Hindistanda ümumi kripto valyuta aktivlərinin 1,4 milyard dollar olduğu və təkcə Bitcoin-in bazar həcminin 1 trilyon dollardan çox olduğu üçün bu qadağanın bazarda zəlzələyə səbəb olacağı gözlənilmirdi, lakin qadağa gözləniləndən daha böük çaxnaşmaya səbəb oldu.

Dünyanın ən populyar kripto valyutası olan Bitcoin, tarixində ilk dəfə 61683.86 dollar olaraq gördükdən qısa bir müddət sonra başlayan satış dalğası ilə 54000 dollara düşdü və bu da investorlarını çox narahat etdi. Analitiklərin fikrincə, bu azalmanın ən vacib səbəblərindən biri sürətli satışı olsa da, Hindistanın ölkədəki kripto pullarını qadağan etməsi satış dalğasının böyüməsində də təsirli olmuşdur.

| Sürətli artımdan sonra sürətli satma başladı

Son 24 saatlıq Bitcoin məlumatlarına nəzər yetirdikdə, dəyərinin 58,600 dollardan 53,800 dollara düşdüyünü, hal-hazırda 55,000 dollardan satıldığını görürük. Yalnız son 24 saat ərzində 6,91% itirən Bitcoin-in həftəlik dəyər artımı  1,31%-ə endi. Bu müddətdə bazar həcmi təxminən 100 milyard dollar azalan Bitcoin-in ümumi həcmi hələ də 1 trilyon dolları keçir.

Bitcoin dəyər itkisi ilə ən parlaq kriptovalyuta olmasına baxmayaraq, dəyəri düşən yeganə kriptovalyuta deyildi. İkinci ən populyar kriptovalyutası olan Ethereum da yalnız son 24 saat ərzində həftəlik 2.9 % itki ilə 2.61% faiz itirdi. Ethereum hazırda 1780 dollar səviyyəsində ticarət (alınıb satılır) edilir. Son 24 saat ərzində ən populyar 10 kripto valyutanın hərəkətinə baxdığımızda yalnız XRP və Cardanonun dəyərini artırdığını görürük.

Mənbə – 1

 

Digər

Daxil Ol
Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.