Rusiyada Təhsil Alan Azərbaycanlı Tələbələr Bu Ölkəyə Qayıda Bilər

Rusiyada təhsil alan azərbaycanlı  və digər  ölkələrin tələbələr artıq rusiyaya qayıda, yarımçıq qalan və yaxud da təhsil almaqa başlaya bilərlər.

Sonxeber.az Milli.Az-a istinadən bildirir ki, bu barədə Rusiya Elm və Ali Təhsil Nazirliyi ən son iclasında aparılan danışıqlar nəticəsində qərar verib.

| Rusiya epidemioloji vəziyyəti təhlükəsiz hesab edir

Nazirlik Rusiya Federal İstehlakçıların Hüquqlarına və İnsan Rifahı Sahələrinə Nəzarət Xidmətinin (“Rospotrebnadzor”) epidemioloji vəziyyətin təhlükəsiz hesab etdiyi ölkələrdən, o cümlədən Azərbaycandan olan tələbələrin təhsillərini davam etdirmək üçün Rusiyaya qayıtmasına və yaxun təhsil almasına icazə verib.

“Rospotrebnadzor”un epidemioloji cəhətdən müsbət hesab etdiyi 25 ölkənin siyahısında Azərbaycanla yanaşı, Türkiyə, Belarus, Qazaxıstan, Qırğızıstan və digər dövlətlər də var.

Əcnəbi tələbələr Rusiyaya gəlməmişdən 10 gün əvvəl ali təhsil ocağını xəbərdar etməli, habelə yola çıxmazdan 3 gün əvvəl COVID-19 testi verməlidirlər. Rusiyaya gəldikdən sonra tələbələr 72 saat ərzində təkrar yoxlanışdan keçməlidirlər.

Təfərrüatlar barəsində danışmalı olsaq ölkəyə gələcək olan tələbərin müəyyən testlərdən keçəcəyi görünür. Bu testlər standart korona virus yoxlama testindən başqa əlavə test olacağı düşünülmür.

Bu qərar barəsində nə düşünürsünüz, korona virusa yoluxmanın günü-gündən artmasına baxmayaraq rusiyada təhsil almaq lazımdırmı? Cavabınızı aşağıdakı rəy bölməsində yaza bilərsiniz.

Digər

Daxil Ol
Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.