Riyaziyyatda Bilinməyənə X Hərfinin Verilməsinin Ömər Xəyyama Uzanan Hekayəsi

Hər birimiz məktəb vaxtı riyaziyyat dərsində tənliklər mövzusu keçmişik. Bu dərslərdə “naməlum” ifadəsinə x hərfinin verildiyini hər birimiz xatırlayır. Bəs niyə a, b və ya c əvəzinə “x” hərfini veririk? Bu barədə heç düşündünüzmü? Sizi daha çox maraqlandırmadan məsələnin mahiyyətini öyrənməyə başlayaq, riyaziyyatda tez-tez istifadə etdiyimiz x hərfinin Ömər Xəyyama uzanan hekayəsi …

| Niyə tez-tez riyaziyyatda bilinməyən ifadələrə a, b və ya c əvəzinə x hərfini veririk? Bu sualı he, olmasa bir dəfə, məktəbdə tənliklər haqqında öyrənəndə özünüzə vermisiniz.

   

Bəlkədə bu sualı yadınıza belə salmış ola bilərik 😃

| Əslində bu sualın cavabı daha çox rübailəri ilə tanıdığımız alim və şair Ömər Xəyyama qədər uzanır.

Ömer Xəyyam (tam adı Gıyaseddin Eb’ul Feth Ömər İbni İbrahim əl-Xəyyamdır.) 1048 – 1131 arasında İranın Nişapur şəhərində yaşamışdır. Təəssüf ki, bir çox insan onu daha çox şərab içən bir şair və filosof kimi tanıyır. Ancaq, bundan daha çox iş görmüşdür.

| Ancaq Ömər Xəyyamı yalnız bu baxımdan tanımaq onun üçün böyük haqsızlıq deməkdir. Çünki həndəsə, riyaziyyat, tibb və astronomiya sahələrində də əhəmiyyətli araşdırmalar aparan mühüm bir elm adamıdır.

Əslində Ömər Xəyyam riyaziyyatda binomial genişlənmədən istifadə edən ilk alimdir. Paskal üçbucağını da tapan şəxsin özüdür. Ancaq bu üçbucağı məktəblərdə Fransız riyaziyyatçısı Blaise Paskalın soyadı ilə öyrənirik.

Digər tərəfdən Ömər Xəyyamın əsərlərindən Nəsrəddin Tusidən tutunda , Qərb riyaziyyatçısı Dekarta qədər bir çox alim istifadə etdi.

 
 

| Ömər Xəyyam bu gün riyaziyyatda bilinməyən ifadələrə verdiyimiz x hərfini birbaşa istifadə etməsə də, buna böyük töhfə vermişdir.

| Yəni Ömər Xəyyam üçüncü dərəcədən bilinməyən tənliklər haqqında yazdığı bir əsərində bilinməyən bir rəqəm üçün; Ərəb dilində “bir şey” mənasını verən “şey” sözünü istifadə etdi.

| Əlbəttə, o dövrdə elm və bilik Şərq və Qərblə müqayisədə daha yüksək səviyyədə idi. Buna görə qərblilər elm dünyasındakı inkişafları yalnız Şərq əsərlərini öz dillərinə tərcümə edərək öyrənə bilirdilər.

| Bu səbəbdən Ömər Xəyyamın istifadə etdiyi söz İspan dilindəki “xay” ifadəsinə uyğun gəldi. Çünki şey sözünün başlanğıc hərfi olan “şin” hərfinin İspan dilində birbaşa qarşılığı yox idi.

Çünki İspan dilində “sh” səsi və ya “sh” hərfi yox idi. Buna görə də ispanlar “xay” deməyi seçdilər.

| Bununla birlikdə, Qərblilərin ortaq dili adlandırdığı Latın dilinə tərcümə edildikdə, ifadə “x” oldu. Beləliklə x hərfi günümüzə qədər bu formada gəlib çatdı.

Bugünkü riyaziyyatda Ömər Xəyyamın təklif etdiyi ifadə əvəzinə x hərfini deməyə üstünlük veririk.

| Məsələni daha da uzatsaq da; X-şüasını icad edən Wilhelm Conrad Röntgen; Naməlum şüa mənasını verən “x ray” ifadəsini Ömer Xəyyamdan aldığını söyləyə bilərik.

Uzun sözü qısası “x” naməlumunun yaranması bu formada oldu. Başqa buir dildən çevrilərək son halını aldı.

Digər

Daxil Ol
Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.