Perseverance, Marsda Elm Adamlarının Müəyyənləşdirə Bilmədiyi Qəribə Bir Qaya Tapdı

Avadanlıqlarının işlədiyini yoxlayarkən ətrafını müşahidə etməyə davam edən Perseverance (əzmkarlıq), ətrafdakı qayaların şəkillərini bölüşərkən aralarında qəribə bir qaya tapdı. Alimlər sözügedən qayanın hələ də, nə olduğunu müəyyənləşdirə bilməyiblər.

Avadanlıqlarının işlədiyini yoxlayarkən ətrafını müşahidə etməyə davam edən Perseverance (əzmkarlıq), ətrafdakı qayaların şəkillərini bölüşərkən aralarında qəribə bir qaya tapdı. Alimlər sözügedən qayanın hələ də, nə olduğunu müəyyənləşdirə bilməyiblər.

NASA-nın Marsdakı yeni gözü və qulağı olan Perseverance fevral ayının sonunda Qırmızı Planetə endi və Mart ayından demək olar ki, bütün sistemlərini Yerdən Marsa 7 ay davam edən çətin səyahətində bütün sistemlərinin işlək vəziyyətdə olub-olmadığını sınadı. Lakin perseverance bu yoxlamalar zamanı ətrafda olan hər şeyin şəkillərini çəkməyə və dünyaya göndərməyə başladı.

NASA-nın Perseverance kosmik gəmisi üçün xüsusi bir Twitter hesabı da var və bu hesabdan kosmos vasitəsinin işi barədə məlumat və şəkillər paylaşılır. Perseverance Twitter hesabı ötən gün yeni bir şəkil paylaşdı. Fotoya verdiyi açıqlama, NASA-nın əvvəllər bir çox kosmik aparat göndərdiyi Qırmızı Planetə yeni nəqliyyat vasitələri göndərməyə davam etməsini izah etmək idi.

| Perseverance -nin şəklini paylaşdığı sirli Mars qayası

Yuxarıda gördüyünüz fotoşəkildə obyekt bir Mars qayasıdır. Uzunluğu təqribən 15 santimetr olan qayanı maraqlı edən şey, elm adamlarının mənşəyi ilə bağlı heç bir izahının olmamasıdır. Üzərində deşik olan hamar və parlaq gövdəsi olan qaya o qədər sirrlidir ki, alimlər Marsda meydana gələ biləcəyini və ya dərin kosmosdan bir meteorit ola biləcəyini söyləyirlər.

Gözünüzü sözügedən qayanın ortasına aparıb və bir az sağa sürüşdürsəniz, qayanın üzərindəki qara nöqtələri tək sıra ilə görə bilərsiniz. Bu ləkələr Perseverance tərəfindən sözügedən qayanı araşdırmaq üçün edilən lazer atışlarının izləridir. Lazer atış nöqtələrində qaya az miqdarda da olsa buxarlanır və Perseverance bu nöqtədən yayılan tüstünü araşdırır və qayanın tərkibi haqqında məlumat əldə edir.

Alimlərin qayaya dair fərziyyələrindən birincisi; Sözügedən qayanın əsl bir Martian qayası olduğu və zaman keçdikcə qum fırtınaları tərəfindən aşındığı. İkinci dominant fərziyyə, qayanın başqa bir planet və ya ulduz sistemindən bir meteorit ola biləcəyidir. Hələlik qəti bir açıqlama vermək çətindir, lakin qarşıdakı dövrdə Perseverance qaya ilə bağlı daha ətraflı araşdırmalar apararaq mənşəyi haqqında daha dəqiq məlumat verə bilər.

 

Digər

Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.