PayPal -dan Tarixi Addım: Kripto Valyutayla Ödəniş Dövrü Başlayır

PayPal, ABŞ istifadəçilərinə bu gündən etibarən Bitcoin, Ethereum və Litecoin ilə ödəmə imkanı verəcəkdir. Onlayn ödəmə tətbiqi bu addımla kripto valyutalara olan dəstəyini iki qat artırdı.

 

PayPal, ABŞ istifadəçilərinə bu gündən etibarən Bitcoin, Ethereum və Litecoin ilə ödəmə imkanı verəcəkdir. Onlayn ödəmə tətbiqi bu addımla kripto valyutalara olan dəstəyini iki qat artırdı.

 

Keçən Noyabr ayında ABŞ istifadəçilərinə birbaşa hesabları vasitəsi ilə kripto valyuta alqı-satqı imkanı təqdim edən PayPal, yeni “Pay with Crypto” (“Kripto ilə Ödə”) xüsusiyyəti ilə istifadəçilərə kriptovalyutalarını dərhal ABŞ dollarına çevirmək azadlığı təqdim edəcək.

| PayPal kriptovalyutalara olan dəstəyini artırdı

Bir istifadəçinin “uyğun bir alış üçün kifayət qədər kriptovalyuta balansı” varsa, bu xüsusiyyət avtomatik olaraq PayPal pul qabından görünəcəkdir. Tətbiqdə hər növ sikkə üçün kripto balansınızı görə biləcəksiniz. Bununla birlikdə, hər bir alış üçün yalnız bir növ kripto valyutadan istifadə edilə biləcəyi ifadə edilir.

PayPal, kripto valyuta dəstəyi təklif edən ilk ödəniş tətbiqi deyil. 2018-ci ildə rəqibi Square, Cash App -də Bitcoin-ə dəstək vermişdi. Kripto valyutanın bir ödəmə forması kimi tətbiqi PayPal-ı həm əsas rəqəmsal pul qabı, həm də kriptovalyutanın qabaqcıl istifadə edən şirkəti edə bilər.

 

Bu vəziyyət kriptovalyutanın daha geniş yayılmış bir ödəmə metodu kimi istifadəsini asanlaşdıracağı gözlənilir. Onu da qeyd etmək lazımdır ki, keçən həftə İnvestor günündə şirkət 377 milyon aktiv kapitala olduğunu bildirdi.

Kripto valyutalar PayPal kimi nəhənglərin dəstəyi ilə artan maraqla güclənməyə davam edir. Xüsusilə son günlərdə şirkətlərin kripto pul xəbərləri bir-birinin ardınca gəlməyə davam etməkdədir.

Digər

Reaksiyanız nədir?
+1
1
+1
3
+1
4
+1
0
+1
1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.