Özünüzə Qarşı Ədalətsiz Olmayın: Ağıllı Bir İnsan Olduğunuzu Dərk Edəcəyiniz 6 Detal

Böyük IQ və ya EQ testləri, çətin imtahanlar. Hamımız birtəhər necə ağıllı olduğumuzu görmək üçün bu tip testləri həll etməyə çalışırıq. Halbuki emosional və ya intellektual zəkamız gündəlik həyatımızda güclü şəkildə əks olunur və müəyyən bir ritm saxlayır. 

Əlbəttə ki, IQ çox vacib bir meyardır, lakin bu test yalnız yaddaşımızı, problem həll etmə və düşünmə qabiliyyətimizi ölçür və professor psixoloq Howard Gardner’in dediyi kimi fərqli intellektual qabiliyyətlərə sahibik, xüsusən duyğusal zəka və ya yaradıcılıq kimi.

Rəsmi məlumatlar əldə etmək istəmədikcə, bütün bunları ölçmək, nə qədər ağıllı olduğumuzu başa düşmək üçün bir neçə saat sınaq aparmaq və stereotip sualları həll etmək lazım deyil. Çünki çox vaxt bu testlər əyləncə məqsədli hazırlanır. Hər hansı bir şəkildə ağıllı insanları uzaqdan tanımaq üçün bir şəkildə özünü göstərən xüsusi davranışlar olmalıdır. Bu yazıdada həmin o davranışların nələr olduğundan bəhs edəcəyik.

Qeyd: Bu yazıda bölüşülən hər bir maddə elmi araşdıramalara əsaslanır!

| 1. Gecə gec yatmağı və səhər gec oyanmağı üstün tuturlar

Üstünlük verdiklərini desək də, bugünkü şərtlərdə bunu şəxsi seçim etmək olduqca çətindir. Tutaq ki, normal bir işdə işləyirsinizsə, müdirinə “İstədiyim üçün gündüz deyil, gecə işləyəcəyəm” deyə bir açıqlama verə biləcəyiniz çətin görünür arada inmaksız belə görünməkdədir.

Dünyanın varlığından bəri, hər canlı varlığın öz bioloji saatı var və insanların bioloji saatı ümumiyyətlə gecə yatmaq və işıqlandıqda oyanmaq üçün proqramlaşdırılmışdır. Psychology Today elmi jurnalında yayımlanan bir məqalədə bəzi ağıllı insanların zəkaları sayəsində bu bioloji saatı qıra bildikləri və gecələr ağıllı olduqları üçün gündəkilərdən daha təsirli olduqları ifadə edildi.

| 2. Əsasən siqaret çəkmirlər

Əslində siqaret çəkən insanların daha ağıllı olmaları birbaşa IQ ilə əlaqəlidir və IQ-nü işə daxil etmək istəməsəm də, siqaretin məkrli zərərlərini sizinlə bölüşmək istəyirəm.

Bu mövzuda aparılan ən böyük araşdırma İsrail əsgərləri üzərində sınaqdan keçirilir və təxminən 20.000 nəfərlik hərbi qrup 3 qrupa bölünür: gündə bir paket və ya daha çox siqaret çəkənlər, gündə bir paketdən az içənlər və heç siqaret çəkməyənlər.

IQ testi 20 min adama tətbiq olunur və gündə bir paket və ya daha çox siqaret çəkənlərin orta IQ 90-malik oldu. Gündə bir paketdən az siqaret çəkənlər üçün bu rəqəm 94. Siqaret çəkməyənlərin orta IQ -su, gözlənildiyi kimi digərlərindən daha yüksək oldu; Tam olaraq 101 xal. Sizcə bu təsadüfdür? Mən belə düşünmürəm.

 

| 3. Tək qalmaqa dəyər verirlər

Gün ərzində məruz qaldığımız intensivlikdən (eyni olan proseslərdən) yorulursunuzmu və “evə ən qısa müddətdə getsəm, ancaq tək qalsam” deyirsinizsə? Bu düşüncənin sadəcə zövqlə əlaqəli olduğunu düşünsəniz də, tək qalmaq istəyiniz ağıllı olduğunuzun göstəricisi ola bilər.

Yenə də elmi bir məqalə ilə bir nümunə verək. British Journal of Psychology jurnalında dərc olunan bir məqalədə insanların sevdikləri ilə birlikdə olmağın ictimai həyatı əhəmiyyətli dərəcədə pozitiv şəkildə təsir etdiyini, ancaq tək qaldıqları zaman zəka göstəricisi olaraq çox şeyi inkişaf etdirdikləri bildirilir. Tək olduğumuz zaman analitik düşünməyə və sağlam planlar qurmağa daha çox meyl edirik. Ancaq bu təklik müəyyən bir müddət olmalıdır davamlı və uzun müddət olması depressiyanın bir başlanğıcı sayılır

 

| 4. Duyğularını necə idarə edəcəklərini bilirlər

Hirslənəndə sakit qalmaq kimi hissləri idarə etmək əvvəlcə ağla gəlsə də, yüksək emosional ağıllı insanlar buna daha əhatəli və sürətli etməyi bacarırlar. Ağıllı insanların ən yaxşı keyfiyyətlərinə empatiya (başqalarının duyğularını başa düşmək, onun yerinə özünü qoymaq) etmək, başqasının hiss etdiklərini dəqiq proqnozlaşdırmaq və öz davranışlarını xüsusi hisslərə uyğunlaşdırmaq daxildir.

| 5. Yeni öyrəndikləri hər şeyi araşdırmaqda maraqlıdırlar

Əslində, bu xüsusiyyət hamımızın etməli olduğumuz bir şeydir, amma tez-tez tənbəllik üzündən oxuduğumuz bir kitabda bilmədiyimiz bir sözlə qarşılaşdığımız zaman keçməyimiz daha asan olur. Ancaq bunu vərdiş halına gətirən və araşdırma ilə maraqlanan və hər dəfə tənbəllik etməyən insanlar, əlbəttə ki, həm bilikdə, həm də zəkada bir addım irəliləməyi bacarırlar.

| 6. Pişik sevər olurlar

Bu cür sevimli dostları bir-birindən ayırmaq ədalətli olmasa da, alim Prof. Denise Guastello əksinə deyir. Toplam 600 universitet tələbəsi üzərində araşdırma aparan Guastello, itlərə sahib insanların daha çox sosial və interaktiv, pişik sahibi olanların isə fərdi məkanlarına daha çox diqqət ayıran açıq fikirli insanlar olduğunu söylədi. Əlbətdə ki, yalnız 600 nəfər üzərində aparılan bir testlə belə bir fikrə inanmağın nə qədər doğru olduğunu bilə bilmərik.

| Bonus 1: Ətrafdakı insanları zəhmət çəkmədən güldürə bilərlər

Ətrafımızda elə insanlar olur ki, gülməli olmaq üçün belə lazımsız zarafatlar edir, bir müddətdən sonra gülməli görünən tək şey bu uğursuz cəhdləri olur. Ağıllı insanlar çox vaxt gülməli olmaq üçün əlavə cəhd göstərmirlər, təbiətlərində belə olurlar.

Bu günə qədər aparılan bir çox elmi araşdırma, yumor və zəka arasında doğru nisbətləri ortaya qoyur. Məsələn, New Mexico Universitetinin alimləri tərəfindən dərc olunan bir məqalədə yumor istedadının yaradıcı və ağıllı insanlarda tapıldığı bildirilir. Kim bilir, qadınlar sadəcə onları güldürən kişilərdən xoşu gəlir sözü bəlkə də, zəkadan irəli gəlir.

| Bonus 2: Ağıllı insanlar daha ağıllı olmaq üçün kitab oxuyurlar

Kitab oxumaq ağıllı insanların ən böyük silahıdır. Healthline.com -un araşdırmasına əsasən kitab oxumaqın onlarla üstün cəhəti vardır. Bunların ən başında nitqin düzgünləşməsi, dil qabiliyyətinin artması, daha yaradıcı və ətraflı düşünə bilmə bacarığı gəlməkdədir. Zəkalı insanlarda kitab oxumaqın bu faydalarından xəbərdardırlar ona görə kitab oxumaq üçün vaxt ayırırlar. 

Bu mövzu ilə bağlı çox gözəl bir nümunə göstərək. Bill Gates vaxtilə dünyanın ən varlı insanı (indi isə 3-cü) hər gün 2 saatdan çox kitab oxuyur. Çox kiçik bir riaziyyat məsələsi aparaq bill gates hər saniyə tam 200$ qazaır. İndi siz bu insanın 2 saatının neçəyə başa gələcəyini hesablayın.

Demək ki, Bll hər gün kitab oxumaq üçün vaxt ayırırsa əldə etdiyi çox böyük bir mənfəət var. Bəs bu mənfəət nə ola bilər? Bu mənfəət hər gün yeni bir şey öyrənmək, daha da çox öyrənərək daha da zəkalı olmaq, bir gününü yeni bir şey öyrənmədən keçməməkdir.

Yazının sonuna gəldik əlavə etmək istədiyiniz bir şeylər varsa rəy bölməsində bildirə bilərsiniz.

Digər

Daxil Ol
Reaksiyanız nədir?
+1
19
+1
2
+1
5
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.