Özünə İnam Nədir? Özünə İnam Həyatımıza Necə Təsir Edir? Özünə İnam Necə Qazanılır?

Özünə inam nədir? Nəyə görə bir çox insan özünə inamlı olmur və bunun çox böyük əskikliyini yaşayır? Sizin ağlınıza özünə inamlı dedikdə, hər zaman dik duran və ciddi duruşlu insanlar gəlirsə bilin ki, bu özünə inam deyil!

| Özünə inam nədir?

Özünə inam cəmiyyət içərisində qəbul olunan, duruşu, danışığı, görünüşü ilə ətrafındakı insanlara təsir etmə sənətidir. Özünə inamlı insanlara diqqət yetirsək hər zaman gülərüz, mehriban, maraqlı və bunun kimi bir çox müsbət vərdişə malik insalar olduqunu görürərik.

İndiki dövrdə əfsuslar olsun ki, ətrafımızdakı bir çox insanın zərərli vəya zərərsiz olduğunu bilmirik. Zərərli olduğunu öyrəndikdə isə iş-işdən çoxdan keçmiş olur. Ancaq, bu vəziyyət özünə inamlı insanlarda çox vaxt baş vermir. Niyə? Çünki çox təmkinli olurlar və ətraflarındakı insanlardan əmin olmayanadək onlara etibar etmirlər.

Özünə inamlı dedikdə bir çox insanın ağlına dik duran və ciddi baxışlara malik insanlar gəlir ki, buda çox səhf düşüncədir. Bir insan dik və ciddi durub heç danışmırsa bu onun özünü ətrafdan qorumaq istəməsini göstərir. Əslində o insan özünə inamsızlıqdan əziyyət çəkir. Özünə inamlı insaların üzündə hər zaman ama hər zaman bir təbəssüm olur bu elmi fakdır. (Elmi araşdırmanın pdf forması)

| Özünə inamın vacib tərəfi

Bəzən ətrafımızda elə insanları görürük ki, danışmaqa başlayərkən nə danışdığından asılı olmadan sakit dayanıb həmin insanı dinləmək istəyirik. Əgər diqqətlicə düşünsək həmin insanın tək daşıqı yox həmçinin onun dururşu geyimi hər bir şeyi bizi onu dinləməyə sövq etdiyi görərəik. Bütün bunlar özünə inamlı olmağı ətrafa göstərən amillərdir.

Bəs özünə inamın ən əsas tərəfi nədir? Özünə inamın ən vacib tərəfi narahatlıq hiss keçirmədən, bütün vəziyyətdə rahat formada olaraq insanlarla münasibət qurmaqdır. Kənardan baxdıqda necə də, sadə görünür ancaq, bəs niyə bir çox insan bunu bacarmır? Gəlin indi həmin bacara bilməmə vəziyyətinə baxaq.

| Niyə hərkəs özünə inamlı ola bilmir?

Bunun ən başlıca səbəbi bunun üçün çalışmamalarıdır. Çalışmaq? Bəli çalışmaq, çünki özünə inam bir insanın dayandığı yerdən və yaxud da doğulduğu andan əldə edə biləməyəcəyi bir qabiliyyətdir. 

Bəs özünə inam necə qazanılır və yaxud necə özünə inamlı olunur. Bunun cavabı hələ işlətdiyimiz sözdə keçir “Özünə inamlı olmaq” yəni bir şeyi danışarkən bir hərəkəti edərkən bunu inanaraq etmək.

Əgər danışdığınız bir mövzunun doğruluğuna inanmırsınızsa və bunu etməyə davam edirsinizsə özünə inamlı olmaqdan uzaq dayanırsınız. Günümüzdə bir çox insan bunu etdiyi üçün ətrafındakı insanların təsiri nəticəsində inanmayacağı, etmək istəməyəcəyi hərəkəti edirsə özünə inamlı olmaqdan uzaq dayanır.

| Özünə inam necə qazanılır?

This Single Tip Will Make You Insanely Successful At Self-Improvement |Inc.com

Yuxarıda inanmaq sözünün əsas olduğunu dedik. Bəs necə biləcəyik ki, biz düzünü deyirik? Bunun çox sadə bir cavabı var! Öyrəndiyimiz hər hanısısa məlumatın dəqiqliyini bilmək üçün araşdıraraq, daha çox oxuyub öyrənərək düzgün məlumat qazanaraq. Çünki belə olduqda bir mövzu haqqında bəhs etdikdə siz mövzunun tam təfərrüatlarını bilirsinizsə, bunu hər kəsin içində ətraflı danışaraq, səbəblərini izah edərək özünə inamlı bir görünüşə malik ola bilərsiniz.

Bu barədə bir düşünsəniz, mövzu haqqında tam düzgün açıqlama verən insaların birdən-birə səs tonlarında və duruşlarında bir dəyişiklik, üzlərində bir şeyi düzgün bilməyin sevinci olur.

Özünə inamdan tam olaraq buradan gəlir bir şeyi düzgün bilərək tətbiq etməkdən. İndi bir sual ortaya çıxır hər şeyin düzünü bilməliyəm? Cavab: Dəqiq bilirsinizsə danışmalı, bilmirsinizsə sadəcə qulaq asamalısınız. Çünki yaşadığımız dövr bir insanın bir səhfinin onun o günə qədər etdiyi bütün nailiyyətləri silmə gücünə malikdir.

Bəs mövzu barədə bir şey bilmiriksə nə edək? Çox sadə rəy bildirməyin sadəcə sakit dayanın və izləyin. Ancaq içinizdə bir narahatlıq hiss etsəniz telefonunuzu açın və tez o mövzunu araşdırın. Mövzunun dəqiq təfərrüatlarını öyrəndinizsə və qarşıdakı insan tam fərqli səhf məlumat bölüşürsə, heç vaxt həmin saniyə sən səhf danışırsan deməyin. Bu həm o insanın sizə qarşı əks davranmasına həmçinin, ətrafınızdakı insanların sizdən çəkinməsinə səbəb olacaq. Ona görədə məsələni yavaş-yavaş istədiyiniz mövqeyə çəkin.

Bunun kimi bir çox maddə sıralaya bilərik ancaq yazı çox uzanacağı üçün bu qədər kifayət edəcəkdir. Çox qısa formada desək əgər, kitab oxumaqa vaxt ayırsanız və çox öyrənsəniz bu sizin özünüzə inamınızı siz belə necə olduğunu başa düşmədən təsir edəcək. Çünki məlumat gücdür.

| Özünə inamlı olan insan müntəzəm idman edər!

The Difference Between Aerobic and Anaerobic Exercise - MIBluesPerspectives

Bəli özünə inamlı insan sağlam yaşamaq üçün müntəzəm idman edər. Yuxarıda məlumatın güc olduğunu dedik bu işin yarısını təşkil edir, bir digər yarısı isə idman edərək sağlam yaşamaqdır.

Müntəzəm idman edən insan hər zaman sağlam olduğunu bildiyi üçün əlavə özünə inam əldə edər. Məsələn sizə gələ bilər ki, idman edən bədən formalaşdıran insan kobud insan olur. Belə düşünürsünüzsə çox ama çox səhf düşüncəyə maliksiniz deməkdir. İdman etmək kobudluq deyil sağlamlıq və özünə inam fəlsəfəsidir!

İdman edən insan bədəni formaya düşdükcə, özünə güzgüdə baxıqda istər istəməz özünə inamı artır!

| Xülasə

6 Success Lessons You Need to Know for Self-Improvement

Özünə inamlı insan olmaq istəyirsinizsə iki əsas şeyi etməlisiniz. 

  1. İdman Etmək

  2. Çox Öyrənmək

Bu 2 əsas qaydaya riayyət etsəniz cəmiyyət tərəfindən çox yaxşı hörmətli qarşılanacaqsınız və bir daha özünüzü insanların arasında narahatlıq hiss keçirməyəcəksiniz.

Digər

Daxil Ol
Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
12
+1
14
+1
0
+1
6

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.