Nikotini Bədəndən Təmizləmək Üçün 8 Bitki Mənşəli Üsul!

Nikotin tarix boyu imtina etmək üçün ən çətin asılılıqlardan biridir. Siqaret çəkənlərin bilməli olduqları vacib bir məlumat, hər çəkdiyiniz siqaretin nikotinin bədəninizdə 3 gün qalmasıdır. Gündə 2-3 paket siqaret çəkənlərin bədənində yığılan nikotini düşünün. Nikotin insan sağlamlığı üçün çox zərərlidir. Nikotin infarkt və ya ürək tutmasına səbəb olur. Qan damarlarını daraldır və infarkt riskini artırır. 

Əgər bu tipli problemlər yaşayırsınızsa deməli bədəninizdə nikotin yüksək miqdarda qalmaqdadır. Ona görə də bu yazıda sizə nikotini bədəninizdən təbii formada tez müddət  necə atacağınızı izah etdik.

| 1. Kivi

Tərkibində bol miqdarda vitamin olan çox faydalı bir meyvədir. Digər bir faydası nikotini bədəndən çıxartmasıdır. Siqaret çəkənlər kivi ilə qidalandıqı vaxt nikotindən tez müddətdə xilas ola bilər.

| 2. Gicitkən

Gicitkəndə çoxlu dəmir və dezinfeksiyaedici xüsusiyyətə malik maddələr var. Başqa sözlə, bədəni dezinfeksiya etmək üçün əla bir bitkidir. Həm də nikotini bədəndən çıxarır.

| 3. Kök suyu

Nikotin həmçinin dərinizə çox zərər verir. Buna görə də yerkökü yemək faydalıdır. Bununla yanaşı kök suyu içsəniz , dəriniz yenilənməyə və nikotini bədəninizdən çıxara bilərsiniz.

| 4. Su

Su bədənimiz üçün təkbaşına faydalıdır və əvəzolunmazdır. Nikotinin xaric olması üçün bədən susuz qalmamalıdır.

| 5. Zəncəfil

Hər hansı bir yeməyə zəncəfil əlavə etmək siqareti tərgitməyinizə və hətta nikotin kimi toksinləri xaric etməyinizə kömək edəcəkdir.

| 6. Ispanaq

Çiy ispanaq yeyin. Niyə çiy? Səbəb budur ki, ispanaq bişəndə ​​tərkibindəki vitaminlər və folik turşusu itir. Bunlar bədənin nikotini təmizləməsi üçün zəruri maddələrdir. Ona görə çiy formada ıspanaq yeməyiniz həm bədəninizdən nikotini atmağa, həmdə sağlam qidalanmağınızı təmin edəcəkdir.

| 7. Brokoli

Brokoli bədəndəki nikotini və toksinləri xaric etməkdə çox təsirli olur. Brokoli xərçəngin qarşısının alınmasında çox vacibdir və hər şeydən əvvəl C və B5 vitaminlərinin ən yaxşı mənbəyindən biri olduğu üçün çox qiymətli bir qidadır.

| 8. Bibər

Ispanaq kimi, bibər çiy yeyilməlidir. Əvvəlcə doğrayın və salatların üzərinə əlavə edin. Nikotinin bütün mənfi təsirlərindən qurtarmaq üçün lazımi vitaminlər bibər tərkibində mövcuddur.

  • Mənbə1

Digər

Daxil Ol
Reaksiyanız nədir?
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.