Influencer Necə Olunur? Influencer (Təsirçi) Olmaq İstəyənlər Üçün Ən Qazanclı 10 İş İdeyası

Necə influencer olunur? Bu mövzu hər kəsin maraqlandığı çox populyar bir bazardır. Əsas rəqəmsal marketinqin zirvəsində deyə biləcəyimiz İnfluencer peşəsi olduqca mürəkkəb və gəlirlidir. Bu gün demək olar ki, hər sektorun markaları Influencer ilə ciddi şəkildə işləməyə başladı və iş ortaqlığı qurdu.

Necə influencer olunur? Bu mövzu hər kəsin maraqlandığı çox populyar bir bazardır. Əsas rəqəmsal marketinqin zirvəsində deyə biləcəyimiz İnfluencer peşəsi olduqca mürəkkəb və gəlirlidir. Bu gün demək olar ki, hər sektorun markaları Influencer ilə ciddi şəkildə işləməyə başladı və iş ortaqlığı qurdu.

 

Kənardan baxdıqda, influencer -lər sanki pul qazanmaq maşınlarıdır. Ancaq, o qədər də sadə deyil. Çox iş görmək, qazanc əldə etmək üçün bir çox şirkətlərin arxaslyca qaçaraq onlarla iş birliyi qurulmalıdır. Influencer peşəsinin gözəlliyi ondan ibarətdir ki, markalar reklam vermək və tamaşaçılarınızdan faydalanmaq üçün istifadə etdikdə və nəticə əldə etdikdə, həmin influencer üçün qazan qapısı tay ba tay açılmış olacaqdır.

| İnfluencer olmaq üçün ən gəlirli iş fikirləri

Təsirçi (influencer) olmaq üçün etməli olduğunuz bir çox iş var ki, əvvəl özünüz üçün bir kanal müəyyənləşdirməlisiniz, tamaşaçı (auditoriya) yaratmalı və markaları özünüzə cəlb edə biləcək keyfiyyətli bir məzmun yaratmalısınız. Bu mərhələlərdən keçdikdən sonra qalan addımları he özünüz belə bilmədən atmaqa başlayacaqsınız. İndi aşağıda sizin üçün hazırlanmış siyahıdan istifadə edərək özünüz üçün bir sahə müəyyənləşdirə və Influencer-qa ilk addımı ata bilərsiniz.

| Marka (Brend) səfiri

Brend jáne markalardyń kóshirmeleri týraly | “Adyrna” ulttyq portaly

Brendlər və onların izləyicilər arasında etibar istiqrazları və mütaliə əlaqələri inkişaf etdiri. Brendlər, məhsullar və xidmətlər ilə əməkdaşlıq edərək izləyicilərə həmin brend tövsiyə olunur. Brendlər hədəf auditoriya tərəfindən tanınır və ya tanınan markalar influencer təklifi ilə imiclərini gücləndirirlər. Bu iş həmçinin kapital olmadan ən gəlirli iş fikirlərindən biridir.

Burada ən əsas məsələ sizinlə əlaqə saxlayan marka sahiblərinin təklifləri nəzərdən keçirmək və həmin markaya ən yaxşı xidməti verməkdir. Unutmayın bu işdə məhsul siz özünüzsünüz. Gərək yaxşı xidmət göstərərək əməkdaşlıq etdiyiniz insanların üzünü güldürəsiniz. Əgər sizdən narazı qalınarsa, bu çox pis haldır. Çünki narazı qalan insan bir çox insana sizi pisləyərək, bundan sonrakı işlərinizin qabağını tutmuş olacaqdır. Ona görə də, keyfiyyət əhəmiyyətlidir.

| Makyaj İnfluenceri

assorted make-up brushes closed up photography

Makyaj İnfluencer işi : Makiyaj trendləri, tövsiyə olunan makiyaj məhsulları, konsepsiya makiyajı, makiyaj sənəti haqqında paylaşımlar edərək izləyicilər ilə qarşılıqlı əlaqə qurmaqdan ibarətdir. Makiyaj influencer -ləri kosmetik makiyaj markalarının məhsulları ilə bağlı təcrübələrini izləyicilərinə təqdim edirlər.

Buradakı hədəfiniz gözəllik məhsulları satan şirkətləri cəlb etməkdir. Ancaq, bu iş çoxda asan olmayacaqdır. Çünki makyaj bir çox insanın ilk müraciət etdiyi iş fikirlərindəndir. Ona görə də, əvvəlcə bazar araşdırması edin və rəqib olacağınız şəxslərin səhifələrni yaxından araşdırın. Qeydlər götürərək bunu bir kağıza yazın. Ən axırda onların etmədiyi bir fərqlilik tapın. Bu fərqlilik çox yaxşı qarşılanarsa rəqiblərinizi çox qısa müddətdə keçəcəyinizə əmin ola bilərsiniz.

| Moda İnfluenceri

photo of woman holding white and black paper bags

Moda trendləri, kombin təklifləri, stil, mövsümi nüanslar və s. Bu sahə üzrə maraqlanan izləyicilərlə qarşılıqlı əlaqə qurulur. Təqibçilərinə üstünlük verilən geyimlər, metodlar və üslublarla rəhbərlik edilir. Bu iş ən çox qadın influencerlərin ən yaxşı bacardığı işlərdəndir. 

Bu sahənin bir çox üstünülüyü vardır bunun ən başında sponsor bolluğu olduğunu deyə bilərik. Ancaq ən raqabətcil sahələrdəndə birincisidir. Ona görə də, yuxarıda sadaladığımız yolları buradada tətbiq edərək, rəqabətdə irəli keçə bilərsiniz.

| Yemək / Qida

Effective Ways on How to Work Along with Food Influencers | Restaurant  Marketing Agency

Fit saxlayan qidalar, vegan menyular, asan hazırlanan yeməklər, dünya mətbəxindən gələn dadlar və s. Hədəfli izləyicilərlə qarşılıqlı əlaqə qurulur. İstifadə olunan materiallar və mətbəx qabları üçün təkliflər verilir.

Bu iş bəlkədə ən sadə influencer sahəsinə giriş etmək işi ola bilər. Çünki istəsəniz kamera qarşısında görünə bilər yada sadəcə səsiniz vasitəsilə məzmun hazırlaya bilərsiniz. 

| Ana – Uşaq

Mother's Day Edition: The Top Mommy Bloggers, Instagrammers

Uşaq sahibi olan analar, gələcək analara təkliflər, uşaq baxımı ilə əlaqədar düşünülməli nüanslar və istifadə edilə bilən məhsullarla əlaqədar izləyicilərlə təkliflər.

Rəqabətin çox yüksək olduğu bir sahə daha. Ancaq narahat olmayın bu iş çox rəqabətcil olsada bazarda pay sahibi olmaq digərlərinə baxdıqda çoxda çətin deyil.

| Səyahət

The Best Travel Influencers in the World

Səyahət təcrübələri ilə izləyicilərlə bölüşmək, səyahət etmək, macəra yaşamaq və füsünkar məkanlarla izləyiciləri qovuşdurmaq. Səyahətləri, səyahət zamanı məhsul təklifləri və bu məhsulların harada əldə edilə biləcəyi barədə məlumat verməkdən ibarətdir.

Rəqabətin zəif olduğu influencer sahəsidir. Ancaq çox kiçik bir problemi vardır, oda ki sponsor tapmaq çox asan olmur. Bir çox sponsor səyahət influencer -lərindən lik başda uzaq dururlar. Onlara özünüzü sübut etdirməlisiniz.

| İdman

How to use influencer marketing to grow your sport and fitness brand |  Trends and Features | Sports Insight

İzləyicilər yemək siyahısı, məşq siyahısı, qidalanma tövsiyələri, idman geyim tövsiyələri ilə qarşılıqlı əlaqədə olurlar. Ümumiyyətlə idmançıların izlədikləri İdman İnfluencer -ləri, məhsul tanıtımı-idman markaları ilə əməkdaşlıq edə bilərlər.

Buradakı sahənin ən əsas sponsorları supplementlər (qida əlavələri) , idman məhsulları satan mağazalardır. Pandemiya başladığı gündən bu günə qədər idman sahəsi ilə məşğul olan bir çox influencer ortaya çıxmışdır.

| Sahə Tanıdıcı

Top 10 things to do in Nancy - Discover Walks Blog

İzləyicilərə ziyarət edəcəyi konsepsiya, şəkil çəkdirmək üçün uyğun yerlər və möhtəşəm məkanların gözəllyinə diqqət çəkən mövzuları paylaşaraq izləyicilərlə qarşılıqlı əlaqə qurur. Yer, məkanın menyusu, mənzərəsi və s. izləyiciləri ilə paylaşır. Bir çox məkan və restoran sahibləri ilə iş birliyi qurmaq mümkündür.

| Sağlamlıq

The health system of the future will be consumer-centric, wellness-oriented  and digitally connected' | Healthcare IT News

Sağlam həyat təklifləri, uyğun və sağlam qida reseptləri, yoga-meditasiya və s. Yazı vasitəsilə tamaşaçı ilə əlaqə qurulur. Məhsul tövsiyələrini verərək izləyicilərinə məhsulu əldə etməyə təşvik edir.

| Oyun

Influencer Marketing in Gaming Industry: Find and Collaborate with Top  YouTube Gamers | by Unbox Social | Medium

Tamaşaçılarla birgə onlayn oyunlar oynamaq, yeni çıxacaq oyunlar haqqında məlumat vermək, oyunlarda olan dəyişikliklər, oyun kompüterləri və oyun oynayarkən istifadə olunan avadanlıqlarla qarşılıqlı əlaqə qurulur. Burada oyunlar, oyun avadanlıqları tanıtımı aparmaq mümkündür.

İnfluencer olmaq üçün edə biləcəyiniz ən populyar və ən gəlirli işləri bir yerə topladığım siyahının sonuna gəldik. Yuxarıda göstərilən sahələrdən hər hansı birini seçərək, təsir göstərici (influencer) olmaq və öz auditoriyanızı yaratmaq üçün ilk addımı ata bilərsiniz. Mövzu haqqında əlavə etmək istədiyiniz bir şey varmı? Varsa rəy bölməsində bunu qeyd edə bilərsiniz. Yeniliklərdən tez xəbərdar olmaq üçün isə rəsmi Telegram kanalımıza da abunə ola bilərsiniz.

 

Digər

Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
6
+1
3
+1
0
+1
3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.