Məşhur Azərbaycanlı Qadınlar

Azərbaycan bir-birindən dəyərli mədəni irsə və uzun tarixi dövrə malik odlar yurdu. Azərbaycan haqqında bir çox məlumata sahibik. Bəs “Azərbaycan Qadını” bu barədə nə qədər məlumata malikik?

Bu məzmunda Azərbaycanın ən məşhur qadınlarının haqqında məlumat verəcəyik. Vaxt itirmədən başlayaq.

| Elza İbrahimova

Mahnılarını bir çox insanın ifaə etdiyi Elza İbrahimova

Həyat yoldaşı onu və qızını tərk etdikdən sonra Elza İbrahimova bir daha ailə qurmur, ancaq bu kədər mahnılarında hiss olunur. Son arzusu Qarabağ haqqında yazdığı operasını səhnədə görmək idi. Amma bu, ona qismət olmur… Bu, onu hər kəsdən və dünyadan küsdürür

 

| Azərbaycanın ilk snayper qadını – Ziba Qəniyeva

O, Azərbaycanın ilk snayperçi qadınıdır. Ailəsini itirən və SSRİ rəhbərlərindən biri tərəfindən övladlığa götürülən, II Dünya Müharibəsində 129 faşisti öldürən Ziba Qəniyeva.

Onun sonrakı taleyi naməlumdur…

| Heç vaxt konsert verməyən müğənni – Nərminə Məmmədova

Onun səsini Şövkət Ələkbərovanın səsi ilə səhv salırlar. 30 il sənətdə olsa da, bir dəfə olsun səhnədə konsert verməyib.

Ərinin qısqanclığı səbəbindən sənətdən uzaqlaşan müğənni Nərminə Məmmədova

| Türkiyənin ilk qadın vəkili – Azərbaycanlı Sürəyya

Türkiyədə əksər qadınların çarşabda gəzdiyi, kafe, restorana getmədiyi bir vaxtda o, Türkiyənin ilk qadın vəkili olmağı bacarıb.

Məhz ona görə İstanbul Universitetində qızlar üçün ayrıca fakültə açılıb. Azərbaycanın ictimai xadimi Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu

 

| Azərbaycanın ilk kino aktrisası – İzzət Orucova

Atası və qardaşları onun filmə çəkilməsini istəmirdilər Ailənin icazəsini Cəfər Cabbarlı ala bilir. Yazıçının ölümündən sonra kinodan uzaqlaşan akademik İzzət Orucova

| İlk qadın Milli Qəhrəmanımız – Salatın Əsgərova

O, Azərbaycanın ilk Milli Qəhrəman qadınıdır 29 yaşında ermənilər tərəfindən öldürülən jurnalist Salatın Əsgərova Yaşasaydı, 60 yaşı tamam olacaqdı…

 

| Azərbaycanın ilk peşəkar aktrisası – Gövhər Qazıyeva

Səhnəyə çıxması əri və cəmiyyət tərəfindən qəbul edilməyən, 15 il oğlunu itirən və təsadüfən tapan Səhnəmizin “Göyərçin xanım”ı və ilk “Qaranquş”lardan olan Gövhər Qazıyeva

 

| Azərbaycanın, Qafqazın, Cənubi Avropanın və Yaxın Şərqın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyova

Sən göylər yolçusu bir azad quşsan, aylı gecələrdə görürəm səni.

 

| Həyatındakı çox insanı vaxtsız itirən Şövkət Ələkbərova

Qeyd: Şövkət Ələkbərova ilk həyat yoldaşı Abdullayev Ismayılla qarşılıqlı anlaşma yolu ilə boşanıb. Bundan sonra İsmayıl ikinci dəfə ailə həyatı qurub.

| Əzizə Mustafazadə – “Cazın şahzadəsi”

İngiltərə kraliçası onu “Cazın şahzadəsi” adlandırıb… Atasının yolunu davam etdirən dünya şöhrətli Əzizə Mustafazadə: “Azərbaycan mənim Ana Vətənimdir, muğam, sevgi ölkəsidir” Qeyd: Videoda Ə.Mustafazadənin səsləndirdiyi musiqilərdən istifadə edilib

 

| Xədicə Qayıbova – Mir Cəfər Bağırovun sevgisinin qurbanı…

Onun güllələnməsi ilə bağlı iki versiya mövcuddur: Repressiya yoxsa Mircəfər Bağırovun sevgisinin qurbanı…

| “Ögey ana” filmində öz həyatını oynayan Nəcibə Məlikova…

Belə belə İşlər kanalında yayınlanan videoların müəllif hüquqları qorunur.Hörmətlə Baku Cms Media. Video’nun başqa youtube kanallarında yayımlanması qadağandır 

| Dünyada yenilik edən azərbaycanlı qadın – Dilşad Elbrus

ADR-in süqutundan sonra atası öldürülür, ailənin qalan üzvləri Türkiyəyə gedir. Ömrünün sonuna kimi Azərbaycan həsrəti yaşayan, İstanbulda vəfat edən, nüvə fizikası sahəsində ilk elmlər doktoru olmuş azərbaycanlı qadın, professor Dilşad xanım Elbrus

 

| Azərbaycanın ilk heykəltəraş qadını – Zivər Məmmədova

O, Azərbaycanın ilk heykəltəraş qadını, İlk skripkaçı qadınlarından biridir. Ona ilk skripkasını Üzeyir Hacıbəyli hədiyyə etmişdir. O, Üzeyir Hacıbəylinin heykəlini naturadan düzəldib.

| Həyat yoldaşı güllələnən, qardaşı sürgün edilən ilk jurnalist qadın – Gülarə Qədirbəyova

Bu qadın bolşevik Həmid Sultanovun ittihamından sonra sürgün edilib. Həyat yoldaşını güllələyib, qardaşını sürgünə göndəriblər. Azərbaycanın ilk qadın müəllimlərindən və jurnalistlərindən biri Gülarə Qədirbəyova Sovet hakimiyyəti ona niyə düşmən gözü ilə baxırdı?

 
 

| Xan qızı Xurşidbanu Natəvan

İki dəfə ailə qursa da, hər iki ailəsi insanlar tərəfindən qınanır. Şuşada öz hesabına park saldırıb su çəkdirib 17 yaşlı oğlunun vəfatına dözməyərək xəstəlik tapan Qarabağ xanlığının sonuncu varisi “Xan qızı” Xurşidbanu Natəvan

 

| ABŞ-da vəfat edən, cənazəsi yandırılan azərbaycanlı aktrisa – Sona Aslanova

ABŞ-da yaşayan və dəfn xərcləri orada çox baha olduğu üçün cənazəsinin yandırılmasını vəsiyyət edən İflic olduqdan sonra səsini itirən opera müğənnisi və aktrisa Sona Aslanova Üzeyir Hacıbəyov onu “Səsi ürəkləri fəth edən” adlandırırdı

 
 

| Oğlu ilə eyni ayda vəfat edən – Şəfiqə Axundova….

Oğlunun ölümündən iki il xəbərsiz olan, həyat yoldaşı tərəfindən sənətinə maneələr yaradılan Şəfiqə Axundova: “Ən böyük səhvim ikinci dəfə ana olmamağımdır” Onun oğlu Taleh Hacıyev “Belə qəmli dayanma” mahnısının bəstəkarı kimi məşhur olub

 

| SSRİ-ni dağıdan qadın kim idi? – Səkinə Əliyeva

Onu xarici mətbuatda “SSRİ-ni dağıdan qadın” kimi təqdim edirdilər Naxçıvanı erməni işğalından xilas edən və Naxçıvanın SSRİ-dən ayrılması ilə bağlı qərarı şəxsən imzalayan Səkinə Əliyeva

| Azərbaycanlı ilk peşakar qadın müğənnisi – Şövkət Məmmədova

Səhnəyə başıaçıq çıxdığı üçün Bakı qoçularının öldürmək istədiyi Şövkət Məmmədova… Onu İtaliyada hansı milyonçu oxutdurmuşdu?

| Pəhləvinin heyran olduğu azərbaycanlı müğənni – Sara Qədimova

O, İrəvanda səhnədə çıxış edərkən ermənilər çaxnaşma yaradır və onu səhnədən qaçırırlar. İran şahı Pəhləvi onun ifasını o qədər bəyənir ki, onu ordenlərlə təltif edib.

Süleyman Dəmirəl onu “Türk dünyasının ən parlaq ulduzlarından biri” adlandırırdı. İndoneziyaya səfəri zamanı prezidentin xanımı ifasına görə ona hədiyyələr bəxş edir.

 

| Üç qardaşını ermənilər öldürən Məleykə Səma

Onun hər üç qardaşını ermənilər qətlə yetirir. Atası isə buna dözməyərək dünyasını dəyişir. Qarabağ müharibəsinin ilk günlərindən yüzlərlə döyüşçünü ölümdən xilas edən birinci dərəcəli tibb xidməti kapitanı Məleykə Səma (Əhmədova)

 

| NATO-nun reaktiv təyyarə sürən ilk qadını – Azərbaycan əsilli Ləman

NATO-nun və Türkiyənin reaktiv təyyarə sürən ilk qadını, Azərbaycanın qədim tayfalarından olan tərəkəmə əsilli Ləman Bozqurd… Qadın olduğu üçün çoxlu təzyiqlərlə üzləşən Ləmanın ən böyük arzusu nə idi?

 

| Çadrasını atdığı üçün qətlə yetirilən Səriyyə

Bakıdakı “Azad qadın” heykəlində bu qadının çadranı atması təsvir edilib. Və bu hərəkətinə görə də doğmaları tərəfindən qətlə yetirilir. Azərbaycanda qadın hüquqlarının ilk müdafiəçilərindən olan Səriyyə Xəlilovanın faciəli həyatı.

 

| “Qadın ancaq mətbəxdə olmalıdır?” – Qarabağ döyüşçüsü Rüxsarə Cumayeva

“Qadın ancaq mətbəxdəmi olmalıdır?”

Azərbaycan qadını millətinə, vətəninə, övladına sahib çıxmağı bacarır, bacaracaq da

O, əlil olmasına və anasının etirazlarına baxmayaraq təhsilini yarımçıq saxlayır və Qarabağa, döyüşlərin ən qızğın yeri olan Ağdama yollanır. Kişilərlə çiyin-çiyinə döyüşlərdə iştirak edən və onlarla yaralı əsgəri ölümdən xilas edən Qarabağ qazisi Rüxsarə Cumayeva.

 
 

| “Arşın mal alan” filmindəki Asyanın həyatı

O, o qədər gözəl idi ki, tamaşa zamanı onu makiyaj etmirdilər. “Arşın mal alan” filmindəki Asya roluna görə ali məktəbdən qovulan, Evi məcbur satdırıldığı üçün kirayələrdə qalan aktrisa Xuraman Hacıyeva

 
 

| Millət vəkili seçilən ilk müsəlman qadın-Pərixanım Sofiyeva

O, müsəlman dünyasında demokratik yolla millət vəkili seçilən ilk qadındır. Əslən azərbaycanlı olan, Gürcüstanın millət vəkili, 5 qardaşı “vətən xaini” damğası ilə güllələnən, “Kişi Pəri” ləqəbi ilə tanınan Pərixanım Sofiyeva. Nəinki Gürcüstandan, hətta Azərbaycandan da insanlar onun yanına gedərək məsləhət alırmışlar.

 

| 82 yaşında vəfat edən Səfurə İbrahimovanın tənha həyatı

Film və teatr səhnəmizin ən gözəl aktrisalarından biri, Azərbaycanın ilk Bahar qızı, ən böyük arzusu ana olmaq olsa da, ömrünü tənha keçirən Səfurə İbrahimova… Xalq artisti dünən 82 yaşında dünyasını dəyişdi… Səfurə İbrahimovanın ən yadda qalan obrazları hansılardır?

| İlkə imza atan Azərbaycan qadınları…

Azərbaycan qadını güclüdür, müdrikdir… 

 
 

Əlavə etmək istədiyiniz bir şeylər varsa bunu şərh bölməsində yazmağı unutmayın. Yeniliklərdən tez xəbərdar olmaq və bu tipli məzmunların daha çox gəlməsi üçün sadə bir toxunuşla Telegram kanalımıza abunə ola bilərsiniz

Reaksiyanız ?
+1
24
+1
1
+1
25
+1
9
+1
17
+1
4
+1
1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.