Çox Qəribə Deyilmi? İnsanlar Dedikləri Yalanlara Niyə İnanırlar? Yalan Danışaraq Özünü Aldatmanın Fəsadları!

Ola bilər ki, arada bəzi insanların dedikləri yalanlara inanıb, o rollara bürünərək bunu realmış kimi yaşadıqlarına şahid olmusunuz. Bu olduqca təəccüblü görünsə də, əslində bunun arxasında elmi bir açıqlama var. Bu şəkildə yaşayan insanlar nə etdiklərinin fərqində olmaya da bilər və yalanlarına əslində inana bilərlər.

Ola bilər ki, arada bəzi insanların dedikləri yalanlara inanıb, o rollara bürünərək bunu realmış kimi yaşadıqlarına şahid olmusunuz. Bu olduqca təəccüblü görünsə də, əslində bunun arxasında elmi bir açıqlama var. Bu şəkildə yaşayan insanlar nə etdiklərinin fərqində olmaya da bilər və yalanlarına əslində inana bilərlər.

 

İnsanlar bəzən kiçik bəhanələr gətirərək yalan danışmağa və bəzən əslində heç vaxt olmamış fərziyyələr yaratmaqla maraq yaratmaqa çalışa bilərlər. Yalan danışmaq münasibətlərə açıq formada mənfi təsir göstərir. Əslində nə qədər yalan danışsaq aradan bir müddət keçir və həmin yalan ortaya çıxır. Heç vaxt çıxmaz deyirik ancaq çıxa bilir. Yaxşı, bəs deyilən yalanlar insanın özünə necə təsir etdiyini heç düşündünüzmü?

| Dediyimiz yalanların həqiqət olduğuna inanmağımız 45 dəqiqə kimi kiçik bir vaxt çəkir.

Koqnitiv psixologiya üzərində işləyən bir qrup psixoloq yalan danışmanın beyinə təsirini tapmaq üçün bir qrup cavan və yaşlı insanı bir yerə toplayır. Yaşları 60-92 ilə 18-24 arasında olan bu insanları cavan və qoca olmaqla iki komandaya ayırırlar. Hər iki qrupdan anketdəki “səhv” cavablar verərək onlara veriləcək sualları cavablandırması istənilir. Anketdə, “Dünən yemək yeyərkən çəngəldən istifadə etdiniz? Oyanmadan əvvəl alarmı söndürdünüzmü?” Əvvəlki gün hansı fəaliyyətləri etdiyiniz ilə bağlı suallar daxildir. Təcrübə iştirakçıları sualları cavablandırarkən, beyinlərindəki elektrik fəaliyyətləri EEG adlı bir metodla müşahidə edilir.

Bütün eksperimental qrup anket suallarını cavablandırdıqdan təxminən 1 saat sonra, bu dəfə eyni suallara “düzgün” cavablar vermələri istənir. Hər iki təcrübə zamanı müşahidə altındakı insanların beynindəki elektrik fəaliyyətindən alınan məlumatlar təəccüblü nəticələr ortaya qoyur.

Çünki təcrübə iştirakçıları hansının düzgün cavab olduğunu xatırlamaqda çətinlik çəkirlər.

Cəmi 42 nəfərin qatıldığı araşdırmada yaşlı qrupun söylədikləri yalanlara daha çox inandıqları müşahidə edildi. Yaşlandıqca insan beyninin həqiqətlə yalan arasındakı fərqi dərk etməsinin çətinləşdiyini sübut edən psixoloqlar, əvvəllər bilinən bu tezisin təcrübə ilə sübut edildiyini söylədilər. Yalanın yaddaşı yenidən proqramlaşdırma xüsusiyyətinə sahib olduğunu bildirən tədqiqatçılar, bir insanın yazdığı bir hekayəni sanki doğurdan olmuş kimi xatırlamasının səbəbinin bu olduğunu bildirdi. Yaşlı insanların xatirələrini illər keçdikcə zəiflədiyi üçün insanlar səhv hekayələr yaratdıqda, bu yeni yaradılan hekayələri həqiqi xatirələr kimi qəbul etmək ehtimalı daha yüksəkdir.

Koqnitiv (bir çox) psixoloqlar bildirdilər ki, həqiqət hər zaman deyilərsə, insanın xatirələri xatırlamaq üçün super bir yaddaşa ehtiyac yoxdur, beynin onsuz da doğru olan xatirələri seçib çıxarması daha asan bir proses olacaqdır.

Araşdırmalar göstərir ki, bəzən insanlar bilərəkdən yalan danışmırlar, özlərini aldatmaq üçün həqiqəti təhrif (yaxşı görünəcək formada dəyişmək) edirlər. İnsanlar bəzən özlərinə inamlarını qorumaq və bəzən cəmiyyətin təzyiqlərinə qarşı durmaq üçün belə vəziyyətlərə müraciət edirlər. Hər bir insanın özünə görə etibarlı bir səbəbi olduğu “həqiqəti qəbul etməmək” vəziyyəti, insanların həyatını tamamilə idarə edir.

Bir yalanı yaşamaq insanlara stres, narahatlıq və depressiya kimi istənilməyən vəziyyətlərdən qurtulma yolu kimi görünə bilər. Əslində, insanları istədikləri yerdən uzaqlaşdıran və lazımi tədbirləri görmələrinin qarşısını alan vacib bir sağlamlıq problemidir.

| Xəyallara çatmaq üçün ən səhv yol: Yalan danışmaq

Mütəxəssislər insanların daha çox karyera, pul, cinsiyyət və evlilik mövzusunda yalan danışdığına diqqət çəkirlər. Bu yalanlara elmi cəhətdən özünü aldatma deyilir.

Özünü aldatmaq insan həyatını bəzən bir ömür boyu yaşamış, amma yaşamaq istənilməyən bir həyata çevrilə bilər. Uzun illərdir bu şəkildə yaşayan və nəticədə bu vəziyyətlərdən qurtulmağı bacaran iki fərqli insanın həyatından bölmələr ilə mövzunu araşdıraq.

David Wertime olduqca prestijli bir Hong Kong şirkətində  işləyən bir vəkildir. İşində o qədər uğurludur ki, adı vəkillər icması arasında tanınır. Belə bir prestijli işə sahib olmaqla yanaşı, çox yaxşı maliyyə imkanlarına da malikdir. Cəmiyyətdə hörmətli bir yerə sahib olan Wertime, sosial ətrafındakı uğurlarına görə təriflənən bir insandır. İçəridə bədbəxt olduğunu başa düşən müvəffəqiyyətli vəkil, bu iş üçün yaradıldığı üçün bu işdə çox müvəffəq olduğunu söyləyərək özünü təlkin edir. Onilliklər boyu davam edən bu öz-özünü aldatma prosesi vəkili dərin bədbəxtlik mənasında və qapalı vəziyyətdə qoyur. Artıq öz həyatını yaşamadığını hiss edən Wertime nəhayət psixoloji dəstək almaqa qərar verir.

Müvəffəqiyyətli Hüquqşünas, daha az maddi imkanları olan, lakin bütün ailənin və cəmiyyətin təzyiqinə davam gətirmək üçün həqiqətən həyəcanlı olan onlayn xəbər saytları dizaynı işinə başlayır. İşini daha çox fədakarlıq və xoşbəxtliklə yerinə yetirən Wertime, indi çox izlənilən bir veb saytın qurucularından biridir.

 

| Heç xəbərin olmadan yalanın hakimiyyətində yaşamaq

Victoria Kristoph, özünü dediyi yalana inandıraraq həqiqətən xoşbəxt olub olmadığını dərk etməyən başqa bir insandır. Evlənəndə cəmi 20 yaşında olan Kristoph, sevərək evləndiyi insanın bu illər ərzində ondan uzaqlaşdığını qəbul etmədi. Həyat yoldaşının ona xəyanət etdiyini xəbər tutanda birtəhər vəziyyəti fərqli izahatlarla özünə izah etdi və qəbul etdi, yəni özünü günahlandıraraq səhvin tək səbəbkarı olduğu yalanını özünə deməyə başladl. Tək qalma, boşanma və boşanma sonrası ailə və cəmiyyət təzyiqlərinin yükünü çəkmək istəmədiyi üçün illərlə belə bir seçimin yaxşı olduğunu düşünürdü. Uzun illərdir ki, hər evliliyin belə olduğuna və həqiqətən xoşbəxt olduğuna inandı.

Üzləşmək və həqiqətləri qəbul etmək üçün çox çətin bir müalicə müddətindən keçən Victoria Kristoph sonra ərini tərk etməyi bacardı. İndi geriyə baxanda Kristoph, özünü necə uzun müddət aldada bildiyini başa düşmədiyini və bu gün özü ilə barışıq içində olduğu və həqiqətən xoşbəxt olduğu bir evliliyi olduğunu dedi.

 

Bütün tədqiqatlar və müşahidələr göstərir ki, “Yalan həqiqətən özünü aldatmaqdır” düçüncəsi göründüyündən daha böyük bir həqiqətə sahibdir. Bütün bu məlumatların işığında həqiqətə uyğun olmayan hekayələr yaradarkən həyatınızı dəyişdirdiyinizi və mövcud olmayan xatirələrdən xoşbəxtlik diləndiyinizi unutmamalısınız.

Siz bu barədə nə düşünürsünüz? Təkliflərinizi aşağıdakı şərhlər bölməsində qeyd etməyi unutmayın. Yeniliklərdən tez xəbərdar olmaq üçün isə rəsmi Telegram kanalımıza abunə ola bilərsiniz.

 

Digər

Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
12
+1
5
+1
0
+1
3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.