İngilis Dilini Öyrənməyinizə Kömək Edəcək 5 Sayt

Yeni bir dil öyrənmək həyəcan verici bir proses olsa da, eyni zamanda çətindir. Səhv metodlar, səhv mənbələr, nizamsız öyrənmə planı, fərdin bu müddətdə irəliləməsinə mane olan hallardır. Əfsuslar olsun ki hər birimiz bu dərddən əzab çəkirik. İngilis dilini öyrənməyinizə kömək olacağına inandığımız və mütəmadi istifadə edilən vaxt effekt görə biləcəyiniz saytları sizinlə bu yazıda bölüşəcəyik. Xoş oxumalar.

| 1. YouGlish

Sayt daxilində olan qutulardada ingilis dilində bir söz və ya cümlə axtardığınız vaxt  söz və ya cümlənin istifadə olunduğu youtube səhnələrini görəcəksiniz. Beləliklə, tələffüzü yaxşılaşdırmaq və düzgün ifadələr, cümlələr nəticəsində sözün düzgün istifadə olunma qaydalarını öyrənmiş olacaqsınız.
 

| 2. Lexico

İnkişaf etmiş (advance səviyyə) bir ingilis dili lüğəti axtarırsınızsa, tam olaraq axtardığınızı tapdınız. Lexico bir çox nümunə cümlələri ilə bir sözün bütün mənalarını göstərir və öyrənmə prosesinizə kömək edir. Sözlərin sinonimlərini və cümlələrini göstərməklə sözləri daha asan və əhatəli öyrənməyə kömək edir.
 

| 3. Collins Online Dictionary

Lexico-dakı cümlələrin içərisində bilmədiyiniz bir çox söz olduğunu düşünürsünüzsə və cümlələrin quruluşu İngilis dilinizin olduğu səviyyəsindən yüksəkdirsə, “Collins Online Dictionary” sizin üçün daha faydalı ola bilər. Collins Online Dictionary cümlələrin quruluşu və istifadə edilən sözlər baxımından çox daha anlaşıqlı bir saytdır. İngilis dilində bir söz və ya bir ingilis dili cümləsini sadə dildə və ciddi bir formada izah etməyə kömək edir.
 

|4. Voscreen

 
Voscreen qısa videolar vasitəsilə dinləmə bacarıqınızın inkişafına kömək edir. Gücləndirmək istədiyiniz qrammatika mövzusunu və sayt loqotipinin yanındakı çalma rejiminə toxunaraq ingilis dili səviyyənizi və hansı qrammatik mövzunu öyrənmək istədiyinizi seçə bilərsiniz.

| 5. Seriallarla Öyrənmə (Diziyleogren.com)

 
İngilis dilini öyrənmə müddətində, TV şoularına (seriallara) və ya filmlərə baxaraq davamlı dayandıraraq söz qeydləri tutmaq bəzən çox yorucu və yaxud da darıxdırıcı ola bilər ki, bu da İngilis dilini öyrənmə yolumuzu məhdudlaşdırır. Bu məhdudiyyətin qarşısını almaq üçün, TV şousuna və ya filmə baxmadan əvvəl bu saytdan istifadə edə bilərsiniz diziyleogren.com Hər kateqoriyadan bir çox serial və filmi əhatə edən bir saytdır. Bir siyahıda həmin serialda və ya filmdə çıxan bütün sözləri sadalayır, beləliklə serialınıza və ya filminizə baxmadan əvvəl görünəcək sözlərin hazır olmağına kömək edir.
 
 

Siyahı bu qədərdir. Bunun kimi bir çox məzmundan xəbərdar olmaq üçün saytımızı izləməyi və fikirlərinizi / təkliflərinizi aşağıdakı rəy hissəsində bildirməyi unutmayın 🙂

Mənbə – 1 
 

Digər

Daxil Ol
Reaksiyanız nədir?
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.