Adım Nə İdi? Bir Əcnəbilə İngilis Dilində Danışarkən Dil Tutulmasının (Təntimənin) 7 Əsas Səbəbi

Təhsil sistemimizdə hər kəs ingilis dilini ibtidai sinif illərindən öyrənməyə başlayır. Ancaq İngilis dilində danışan bir xarici birini gördükdə, bilinən şeylər belə unudula bilir. Hər kəsin öz səbəbi var, amma İngilis dilində danışmaq düşünülənin əksinə olaraq o qədər də çətin deyil. İstəsəniz, buna nail ola bilərsiniz!

Təhsil sistemimizdə hər kəs ingilis dilini ibtidai sinif illərindən öyrənməyə başlayır. Ancaq İngilis dilində danışan bir xarici birini gördükdə, bilinən şeylər belə unudula bilir. Hər kəsin öz səbəbi var, amma İngilis dilində danışmaq düşünülənin əksinə olaraq o qədər də çətin deyil. İstəsəniz, buna nail ola bilərsiniz!

 

Bu yazıda xarici birini gördükdə nə üçün ingilis dilini bilməyinizə, baxmayaraq dil tutulması yaşadığımınızın səbəblərini sıraladıq. Vaxt itirmədən başlayaq.

| 1. Zəif özünə inam və edə bilməyəcəyim qorxusu.

Sosial quruluşumuz bacara bilməməyə çox diqqət yetirdiyindən, yalnız xarici dillərdə deyil, bütün mövzularda özünə inamın aşağı olması hadisələri bizi geri çəkilməyə məcbur edə bilər. Ancaq ən pis nə ola bilər? Səhv danışdığın üçün həyatın məhv olmayacaq, biabr olmayacaqsan, çünki bu sənin əsas diliniz deyil. Ona görə də, rahat olmaqa çalışın. 

Rahat olmaqda, çətinlik çəkirsinizsə bunun üçün sadə bir metod var. Danışmaqa başlamazdan əvvəl dərin bir nəfəs alıb verin. Narahat olmayın, kənardan heçdə qəribə görünməyəcək. Nəfəs verdikdən sonra bir rahatlıq hiss edəcəksiniz və heç özünüz necə olduğunu bilmədən bütün narahatlıq hissinin keçdiyini görəcəksiniz.

Özünə inamı gücləndirmək üçün isə ten.az saytında olan həyat, özünü inkişaf kimi kateqoriyaları izləyə bilərsiniz.

| 2. Qarmaqarışıq sözlərə və ya qrammatik qaydalara riayət etmə düşüncəsi.

Əslində danışa bilirsiniz. Ancaq sözlər qarışanda hərşeyin məhv olacağından qorxursunuz. Bu həll etmənin bir yolu var, çoxlu ingilis dilində mətnlər oxuyaraq söz ehtiyatınızı genişləndirə və tərəddüd etmədən öyrəndiyiniz sözlərdən istifadə edə bilərsiniz..

Həm də mükəmməl olmalı deyilsiniz, narahat olmayın, bildiyiniz şeyləri danışarkən özünüzə olan inam artacaq.

| 3. Məni lağa qoyarlar, rüsvay olacağım düşüncəsi.

Sizcə azərbaycan dilində danışarkən səhv etmirsiniz? İngilis dilinə gəldikdə niyə bu qorxuducu olsun ki? Rahat olmaq ən vacib olandır. Həm də, ingilis dilində danışanlar bu dili mükəmməl mi, danışır? Gəlin aşağıdakı videoya baxaq və bu qorxu hiss məhv edək.

Video haqqında qısaca ingilis dilini ana dilim olaraq bilən biri, ingilis dili dərsi alan sinifə bilmədən daxil olur və onları öz biliyi ilə özünü göstərir. Ancaq sonra nə olur o artıq videoda

| 4. Möhtəşəm aksent ilə danışmasan, ingilis dilində danışmaqın nə mənası.

Ana dilininiz İngilis dili olmadığını etiraf edin! Bizim kimi azərbaycan dilində danışan nə qədər xarici birini görmüsünüz? Ona görə də, aksentin heç bir mənası yoxdur. 

Həmçinin ən pis (bundan daha pis hindistandır) ingilis dili aksentidə danışanlardan birinin ingiltərəlilər olduğunu bilirdinizmi? İndi qəribə gələ bilər ancaq bütün dünyada ingilis dilini bilənlər ingiltərəlilərin danışığını başa düçməkdə çətinlik çəkir. Yenə bunu uyğun bir video bölüşək. Baxın görün bir şey başa düşəcəksinizmi)

| 5. İngilis dilini öyrənmək üçüb kifayət qədər vaxt ayırmamaq.

Başa düşürəm, ancaq danışa bilmirəm, sözünü hər yerdə işlədən insanlar buradadır?) İngilis dilini bilirsiniz, amma kifayət qədər təcrübəniz yoxdur, bunu bildik. Bununla birlikdə təcrübədən istifadə etmək üçün texnologiyadan istifadə edərək imkanlar yarada və asanlıqla ingilis dilində “başa düşə və danışa biləcək” deyə biləcəyiniz bir səviyyəyə çata bilərsiniz.

Öyrənmə və formalaşdırma üçün bir çox yol var. Həmçinin bunun üçün pulsuz formada fəaliyyət göstərən tətbiqlər belə var. Bunu nümunə olaraq Duolingo (rus dilini öyrənmək üçün bu dəqiqə istifadə edirəm) tətbiqini misal göstərə bilərik.

Duolingo: Learn Languages Free - Android versiyası Duolingo: Learn Languages Free - iOS versiyası

| 6. İngilis Dilində düşünmək, əvəzinə Azərbaycan Dilində düşünmək və uzun müddət nə deyəcəyini hesablamaq.

Əslində ingilis dilini bilirsiniz, amma danışmağa gələndə büdrəyirsiniz, düzdürmü? Başınızın qarışmaması üçün mümkün qədər ingilis dilində düşünməyə çalışın.

Məsələn 1 -dən 10 -a qədər saymalısınız. Bunu çox vaxt one, two, three … bu formada edərək praktika edin. Etdikcə ingilis dilində düşünməyə başladığınızı rahatlıqla görəcəksiniz.

| 7. Düzgün və təsirli bir təhsil almamaq.

Öyrənmək üçün heçvaxt gec deyil. Ancaq, təhsil dedikdə həftədə 3 gün 2 saatlıq bir kursa getməyi nəzərdə tutmuruq. Çünki dil elə bir şeydir ki, onu gün boyu istifadə edərək, başa düşərək və nəticə əldə etdiyini görərək etməlisən. Ona görə də, ən yaxşısı kollektiv formada söhbət edilə bilən yerləri araşdırın. Axtardıqınızda istədiyiniz formanın nə olduğunu görəcəksiniz.

Bəs siz bu barədə nə düşünürsünüz? Fikirnizi aşağıdakı şərhlər bölməsində qeyd edə bilərsiniz. Yeniliklərdən tez xəbərdar olmaq üçün isə rəsmi Telegram kanalımıza abunə ola bilərsiniz.

 

Digər

Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
9
+1
7
+1
0
+1
3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.