Inception Filmini Sevənlər Üçün Ona Oxşar 10 Film Tövsiyyəsi

Leonardo Dicaprio rol aldığı və rejissor stolunda Christopher Nolan -nın oturduğu Inception, aktyorları, ssenarisi və süjeti xətti ilə ən yaxşı filmlərdən biri idi.

Leonardo Dicaprio rol aldığı və rejissor stolunda Christopher Nolan -nın oturduğu Inception, aktyorları, ssenarisi və süjeti xətti ilə ən yaxşı filmlərdən biri idi.

 

Usta rejissor Christopher Nolan tərəfindən ssenari müəllifi və rejissoru olduğu Inception, ilk buraxılışından etibarən böyük maraq gördü. Əsas rollarlardan əlavə olaraq filmin təkbaşına qazandığı mükafatların da olduqca yüksək olduğunu söyləyə bilərik.150-dən çox institut mükafatı və 210 nominasiya aldı. Bundan əlavə, film ekranlara çıxdıqdan qısa müddət sonra ən yaxşı filmlər arasında yerini aldı.

Bu məzmunda, Inception-a bənzər mövzularla əlaqəli yüksək keyfiyyətli və yüksək IMDB xalları ilə olduqca uğurlu filmləri daxil etdik.

| Inception kimi filmlər:

  • Source Code – IMDB 7,5
  • Tenet – IMDB 7,5
  • Being John Malkovich – IMDB 7,7
  • Donnie Darko – IMDB 8,0
  • The Truman Show – IMDB 8,1
  • Shutter Island – IMDB 8,2
  • Eternal Sunshine of the Spotless Mind – IMDB 8,3
  • Memento – IMDB 8,4
  • The Prestige – IMDB 8,5
  • Interstellar – IMDB 8,6

| Paralel kainatlara keçid: Source Code

 

 

  • Buraxılış tarixi: 2011
  • Janr: Aksiyon, Dram, Sirr
  • Rejissor: Duncan Jones
  • Rollarda: Jake Gyllenhaal, Michelle Monaghan, Vera Farmiga
  • IMDb xalı: 7.5

Mənbə Kodu (SOruce Code), dövlət tərəfindən maliyyələşdirilən gizli bir təcrübədə iştirak edən bir əsgərin hərəkət dolu macərasından bəhs edir. Son vəzifəsindən sonra Colter Stevens özünü qəribin cəsədində və heç tanımadığı bir qadının qarşısında bir qatarda oturur. Oraya necə və niyə gəldiyini isə bilmir.

| Zaman haqqında düşüncələri dəyişdirən: Tenet

 
  • Buraxılış tarixi: 2020
  • Janr: Aksiyon, Elmi fantastika, Triller
  • Rejissor: Christopher Nolan
  • Rollarda: John David Washington, Robert Pattinson, Elizabeth Debicki
  • IMDb xalı: 7.5

Film treyleri ilə Inception treylerini kifayət qədər xatırladan Tenet, dünyanı baş verəcək böyük təhlükədən qurtarmaq üçün mübarizə aparan, bir beynəlxalq casusluq missiyasını yerinə yetirməyə çalışan bir insanın hekayəsini danışır.

| Bu sizi başqası kimi hiss etdirəcək: Being John Malkovich

 
  • Buraxılış tarixi: 1999
  • Janr: Komediya, Drama, Fantaziya
  • Rejissor: Spike Jonze
  • Rollarda: John Cusack, Cameron Diaz, Catherine Keener
  • IMDb xalı: 7.7

Kukla oyuncusu olaraq işləyən Craig, daha çox maddi bir iş görməyə və arvadının təzyiqlərinə görə kukla teatrından imtina etməyə qərar verir. Nəticədə bir şirkətdə işə düzəlir. Orada Maxine ilə tanış olur və Maxine aşiq olmağa başlayır. Bir gün şirkətin kabinetinin arxasındakı sirli bir tunelə rast gəlir. Bu tunel aktyor John Malkoviçin beyninə açılır.

| Başdan sona qədər bir fenomen: Donnie Darko

 
  • Buraxılış tarixi: 2001
  • Janr: Dram, Sirr, Elm-fantastika
  • Rejissor: Richard Kelly
  • Rollarda: Jake Gyllenhaal, Jena Malone, Mary McDonnell
  • IMDb xalı: 8.0
Filmin ssenari müəllifi və rejissoru olan Richard Kelly-nin ilk  filmi olan Donnie Darko, 2000-ci illərin ən diqqət çəkən filmlərindən biridir. Film Donni Darko adlı bir gəncə gecə insanlar və dovşanların qarışığı olan bir məxluqdan dünyanın 28 gün, 6 saat, 42 dəqiqə 12 saniyədən sonra sona çatacağını söyləməsindən sonra baş verənlərdən bəhs edir.

| 23 ildir adından söz etdirən bir şah əsər: Truman Şou

 
  • Buraxılış tarixi: 1998
  • Janr: Komediya, Dram
  • Rejissor: Peter Weir
  • Rollarda: Jim Carrey, Ed Harris, Laura Linney
  • IMDb xalı: 8.1

Truman Şou, Truman adlı bir insanın saxta həyatından bəhs edir. Hər kəs, bir ailə olduğunu düşündüyü insanlardan, dostlarına qədər bir oyunçudur. Bir adada yaşayan Truman, doğulduğu gündən bu saxta adada yaşayır və gün ərzində etdiyi şeylər kameraya yazılaraq izləyicilər tərəfindən yayımlanır. Ancaq öldüyünü düşündüyü atasını təsadüfən gördükdə hər şey dəyişir.

| Uğurlu bir psixoloji triller: Shutter Island

 
  • Buraxılış: 2010
  • Janr: Gizem, Gerilim
  • Rejissor: Martin Scorsese
  • Rollarda: Leonardo DiCaprio, Emily Mortimer, Mark Ruffalo
  • IMDb xalı: 8.2

Martin Scorsese-nin rejissor kürsüsündə əyləşdiyi və baş rolda rol alan Leonardo DiCaprionun çəkildiyi film olan Shutter Island, iki polis məmurunun yeni bir işə göndərilməsindən sonra təhlükəli ruhi xəstələrin müalicə olunduğu Shutter Island -a getməsi ilə əlaqədar baş verən sirli hadisələrdən bəhs edir. 

| Xatirələrini silən bir insanın hekayəsi: Eternal Sunshine of the Spotless Mind

 
 
  • Buraxılış tarixi: 2004
  • Janr: Dram, Romantika, Elm-fantastika
  • Rejissor: Michel Gondry
  • Rollarda: Jim Carrey, Kate Winslet, Tom Wilkinson
  • IMDb xalı: 8.3

Müvəffəqiyyətli aktyorlar Jim Carrey və Kate Winsletin rol aldığı Eternal Sunshine of the Spotless Mind ( “Ləkəsiz Ağılın Əbədi Günəşi”) dram filmi texnoloji bir təcrübədə iştirak edən və sevgilisi ilə yaşadığı bütün xatirələri unutdurmaq üçün xatirələrini silən Joeldən bəhs edir. Filmin adı məşhur şair Alexander Alexander Papanın “Eloisa to Abelard” şeirindən götürülmüşdür. Bundan əlavə, bu şeir daha əvvəl siyahıda qeyd etdiyimiz John Malkovich filmində istifadə edilmişdir.

| Sondan başa doğru irəliləyən film : Memento

 
  • Buraxılış tarixi: 2000
  • Janr: Sirr, Aksiyon
  • Rejissor: Christopher Nolan
  • Rollarda: Guy Pearce, Carrie-Anne Moss, Joe Pantoliano
  • IMDb xalı: 8.4

Usta rejissor Christopher Nolan-ın rejissor kreslosunda oturmasına əlavə olaraq Nolan tərəfindən qələmə alınan Memento, bir növ amneziya (yaddaşını itirmə) xəstəliyindən əziyyət çəkən və həyat yoldaşı öldürüldükdən sonra baş verənləri xatırlaya bilməyən Leonard Shelby adlı bir adamın əhvalatından bəhs edir.

| Eyniadlı roman əsasında qurulmuşdur: The Prestige

 
  • Buraxılış tarixi: 2006
  • Janr: Dram, Sirr, Elm-fantastika
  • Rejissor: Christopher Nolan
  • Rollarda: Christian Bale, Hugh Jackman, Scarlett Johansson
  • IMDb hesabı: 8.5
Prestij bir vaxtlar birlikdə işləmiş, lakin sonralar aralarında rəqabət və düşmənçilik halına gələn iki sehrbazın mübarizəsindən bəhs edir. 19. əsrdə İngiltərədə qurulan film, 1995-ci ildə eyni adlı romanından müvəffəqiyyətli rejissor Christopher Nolan tərəfindən kinoya uyğunlaşdırıldı.

| Nolanın şah əsəri: Interstellar (Ulduzlararası)

 
  • Buraxılış tarixi: 2014
  • Janr: Macəra, Dram, Elm-fantastika
  • Rejissor: Christopher Nolan
  • Rollarda: Matthew McConaughey, Anne Hathaway, Jessica Chastain
  • IMDb xalı: 8.6

Rejissor Christopher Nolan-ın başqa bir filmi olan Interstellar, insanların həyatlarını yaşamaq üçün yeni bir yer tapmağa çalışan bir qrup astronavtın hekayəsini göstərir.

Bİr siyahının daha sonuna gəldik. Son olaraq zəhmət olmazsa fikir və təkliflərinizi aşağıdakı şərhlər bölməsində qeyd etməyi unutmayın. Yeniliklərdən tez xəbərdar olmaq üçün isə rəsmi Telegram kanalımıza da abunə ola bilərsiniz.

 

Digər

Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
5
+1
3
+1
0
+1
1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.