19 Aprel 2021
Günün İnanc Cümləsi (Motivasiya Cümləsi)
Bir insan olaraq böyümək istəyirəmsə, düşüncəmi (fokusumu) daha da təkmilləşdirib, lazımsız hər şeyi kənara qoyub əsas olanı tapa bilərəm.
Günün Məşhurunun İnanc Cümləsi
Sadiq olduğum sabahı yaratmaq üçün bu gün necə yaşayacağam? – Anthony Robbins
How am I going to live today in order to create the tomorrow I’m committed to? – Anthony Robbins
Alimlərin araşdırmalarına görə günümüzün necə keçəcəyi günün ilk saatında aydın olur. Yəni səhər tezdən özümüzü necə hiss ediriksən günün qalan hissəsi eynilə o formada keçir.
Ona görədə səhər görməli olduğumuz iş bizi ən çox yoran və ən əsas olan iş olmalıdır. Ancaq hər zaman o çətin işi edəcək əhval ruhiyyədə ola bilmirik.
Alimlərinin bunun üçündə çox yaxşı təklifi var. Özümüzə bu vaxt təlqinlərlə, inanc cümlələri ilə bir digər adı ilə özümüzü motivasiya etməklə həyata keçirə bilərik.
Buradakı əsas nüans istifadə edəcəyimiz bu cümlələri inanaraq, istəyərək və ən əsası bunun bizə güc verəcəyini düşünürək səsli şəkildə oxumalıyıq.
Ancaq, bu cümlələri həmişə hardan tapacağam deyə düşünürsünüzsə, burada ten.az sizə kömək edəcəkdir.
Bu kimi faydalı məzmunlardan tez xəbərdar olmaq üçün rəsmi Telegram kanalımıza abunə ola bilərsiniz.