Futbol Dünyasında ‘Nəhəng Müharibə’: Avropa Super Liqası Futbolu Necə Dəyişdirəcək?

İngiltərənin 6 aparıcı klubu da daxil olmaqla 12 futbol klubu, Avropa Super Liqasını qurduqlarını açıqladı. FIFA və UEFA bu təşəbbüsü qınadı, bu liqada oynayan oyunçuların digər liqalara çıxmasına qadağa qoyula biləcəyinə dair xəbərdarlıq etdi. İngiltərədəki azarkeş birlikləri də qərara reaksiya göstərirlər.

İngiltərənin 6 aparıcı klubu da daxil olmaqla 12 futbol klubu, Avropa Super Liqasını qurduqlarını açıqladı. FIFA və UEFA bu təşəbbüsü qınadı, bu liqada oynayan oyunçuların digər liqalara çıxmasına qadağa qoyula biləcəyinə dair xəbərdarlıq etdi. İngiltərədəki azarkeş birlikləri də qərara reaksiya göstərirlər.

 

| Yeni bir dövr balşayır?

Real Madrid- Liverpool maçından bir kare

Qurucu 12 komanda İngiltərə Premyer Liqasından Arsenal, Chelsea, Liverpool, Manchester City, Manchester UnitedTottenham; İspaniya La Liqasından Atletico Madrid, BarcelonaReal Madrid; İtaliyadan Milan, İnter MilanJuventus Seria A.

Real Madrid prezidenti Florentino Perez Avropa Super Liqasının (ESL) prezidenti oldu. ESL matçlarının həftəlik oynanacağı, komandaların milli liqalarında oynamağa davam edəcəyi və qurucu klubların əvvəlcədən ödəmə olaraq təxminən 3,5 milyard avro (4,19 milyard dollar) alacağı açıqlandı.

“İlk mövsümün ən qısa müddətdə başlayacağı və daha 3 klubun qurucu klub olaraq liqaya qatılması gözlənilir” deyildi. Digər 3 klubdan hansının olduğu hələki açıqlanmayıb.

| Bir çox klub borc içindədir

Yuxarıda gördüyünüz qrafikdəndə aydın olduğu kimi bir çox futbol klubu milyonlarla dollar borc içindədir və hər biri başqa çarələrinin olmadığını dilə gətirir.

| Açıqlama mətnində nələr var?

ESL (Europa Super Legaue), UEFA və FIFA ilə əməkdaşlıq edərək futbol və yeni liqa üçün ən yaxşı nəticələr əldə etmək istədiyini söylədi.

Açıqlamaya görə:

  • Qarşılaşmalar 15-i qurucu klublar olan 20 klub arasında oynanılacaq. Qalan 5 klub hər il əvvəlki mövsümdəki uğurlarına görə seçiləcək.

  • Bütün oyunlar həftə ərzində oynanılacaq.

  • Avqust ayında başlaması planlaşdırılan liqada klublar 10 nəfərlik iki qrupa bölünəcək. Hər qrupu ilk 3-lükdə bitirən klublar avtomatik olaraq dörddəbir finala yüksələcək.

  • Qrupları 4-cü və 5-ci yerlərdə bitirən komandalar iki matçdan ibarət play-off oynayaraq 1/4 finala çıxmaq üçün mübarizə aparacaqlar.

  • Kişilər liqasından sonra ən qısa müddətdə qadın futbol klubları üçün bir liqa yaradılacaq.

Grafik

| Niyə indi?

Avropada mövcud olan turnirlərin keyfiyyəti və tezliyi bir müddətdir müzakirə mövzusudur.

Keçən ilin oktyabr ayında 32 komandalı Çempionlar liqasını əvəz edəcək JP Morgan bankı da daxil olmaqla 4.6 milyard avroluq yeni bir liqanın yayılması barədə xəbərlər yayılmışdı.

36 komandaya qədər genişlənəcək Çempionlar Liqasının 2024-2033 dövrü üçün yeni statusunun bu gün açıqlanması gözlənilir.

UEFA, Çempionlar Liqasındakı dəyişikliyin alternativ bir Super Liqa qurmağı planlaşdırdığını ümid etdi. Ancaq Super Liqa qurduqlarını elan edən 12 klub islahatların yetərli olmadığını düşünür.

ESL bəyanatında davam edən pandemiyanın mövcud iqtisadi modeldə qeyri-sabitliyi artırdığına inanılır.

Son aylarda tərəflərlə çox əhatəli danışıqlar aparıldı. Qurucu klublar təklif olunan həllərin əsas problemləri həll etməyəcəyi qənaətindədirlər

deyildi. (Yəni UEFA, FİFA çox qazanarkən biz verəcəkləri pay bizi qane etmir)

| 12 klubun menecerləri nə dedilər?

European Super League - the key questions: What is it? Who is involved? How  likely? | Football News | Sky Sports

Futbola hər səviyyədə qatqı təmin edəcəyik. Futbol dünyada 4 milyarddan çox izləyicisi olan yeganə idman növüdür. Böyük klublar olaraq azarkeşlərin tələblərini yerinə yetirmək bizim məsuliyyətimizdir

dedi Real Madrid prezidenti Florentino Perez, ESL-nin ilk prezidenti kimi

Juventus prezidenti Andrea Agnelli də UEFA İcraiyyə Komitəsindəki və Avropa Klublar Birliyinin (ECA) prezidenti vəzifəsindən ayrıldığını açıqladı. Agnelli, 12 komandanın

Avropa futbolundakı rəqabəti dəyişdirmək və futbolun gələcəyini davamlı etmək üçün kritik bir zamanda bir araya gəldiklərini

bildirdi.

“Mançester Yunayted” in həmsədri Joel Glazerin Avropa Super Liqasının vitse-prezidenti olacağı açıqlandı.

Dünyanın ən yaxşı klublarını və oyunçularını bütün mövsüm boyunca rəqabət edə bilməsi üçün bir araya gətirərək Avropa futbolunda yeni bir fəsil açırıq. Dünya səviyyəli bir rəqabət və imkanlar, futbol piramidasına daha geniş və artan maddi dəstək təklif edəcəyik

Glazer dedi.

| Kim, necə reaksiya verdi?

Will the European Super League DESTROY football? - YouTube

UEFA, İngiltərə Premyer Liqası və İngiltərə Baş naziri Boris Johnson, klubların bu addımı qınadığını və iştirak edən oyunçuların yerli və beynəlxalq turnirlərdə iştirakına qadağa qoyula biləcəyi xəbərdarlığını etdi.

UEFA, “gülünc təşəbbüs” olaraq xarakterizə etdiyi inkişafı dayandırmaq üçün mümkün olan bütün tədbirlərin alınacağını bildirdi. UEFA da əvvəlki xəbərdarlığını təkrarlayaraq yeni liqada oynayan oyunçuların yerli liqalarda və Avropa liqalarında iştirakına qadağa qoyula biləcəyini və ölkələrinin milli komandalarında oynamalarına icazə verilməyəcəyini açıqladı.

FIFA (Beynəlxalq Futbol Federasiyaları Birliyi) də təşəbbüsü təsdiqləmədiyini açıqladı və “FIFA yalnız beynəlxalq futbol strukturlarının xaricindəki bu” ayrı liqanı “təsdiqləmədiyini söyləyə bilər” deyərək tərəfləri “sakitliyə” dəvət etdi. və konstruktiv dialoq aparmaqa çağırdı.

FİFA əvvəllər liqanı tanımayacağını və futbolçuların Dünya Kubokunda iştirakını qadağan edə biləcəyini açıqlamışdı.

İngiltərə Baş Naziri Boris Johnson isə Twitter-də paylaşdığı bir açıqlamada 

Avropa Super Liqasının planı futbola böyük ziyan vurur və futbol rəsmilərinin buna qarşı tədbir görməsini dəstəkləyirik … Bu mövzuda yeni bir addım atmadan əvvəl tərəfdarlarına və futbol ictimaiyyətinə müvafiq bir açıqlama klublar tərəfindən verilməlidir.

Original

Plans for a European Super League would be very damaging for football and we support football authorities in taking action.

They would strike at the heart of the domestic game, and will concern fans across the country. (1/2)

— Boris Johnson (@BorisJohnson) April 18, 2021

 

| Azarkeş qrupları nə dedi?

Rival international football fans are united by their common body language

İngiltərədəki azarkeş dərnəklərinin ilkin reaksiyası da mənfi oldu.

Liverpool’un azarkeş qrupu Spirit of Shankly (SOS), klubun ABŞ mərkəzli sahibi Fenway Sports Group -un (FSG) qərarı ilə bunun “qorxunc” olduğunu açıqladı.

SOS, sosial mediada yayımlanan mesajında, “FSG amansızlıqla və hərisliklə pul qovarkən azarkeşləri görməməzlikdən gəldi. Klubumuz bizimdir, sizin deyil” dedi.

Chelsea tərəfdarları da bu addımı “bağışlanmaz” olaraq xarakterizə etdilər və “xəyanət etdiklərini” söylədilər.

Arsenal pərəstişkarları birliyi, Super Liqaya qatılma qərarının “Arsenalın bir idman qurumu olaraq sonu” olduğunu şərh etdi.

Elə görünür futbol dünyasında çox qəribə və böyük dəyişikliklər. Bəs siz futbol azerkeşi olaraq bu barədə nə düşünürsüz, aşağıdakı şərh bölməsində bunu qeyd etməyi unutmayın

 

Son olaraq 1 toxunuş qədər vaxt aparan yazıya reaksiya bildirməyi unutmayın ) Yeniliklərdən tez xəbərdar olmaq üçün isə rəsmi Telegram kanalımıza abunə ola bilərsiniz.

 

Yayın Axını

Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
5
+1
3
+1
0
+1
2

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.