Facebook, Clubhouse və Instagram Live Qarışığı Platformu Hotline -ı Elan Etdi

ABŞ-da yerləşən sosial media nəhəngi Facebook, Clubhouse və Instagram Live-a bənzər bir platforma – Hotline -ı elan etdi. Bu gün ilk dəfə ictimai canlı yayımın təşkil olunduğu platforma yaradıcılara sual-cavab tədbiri təşkil etmək imkanı təqdim edir.

ABŞ-da yerləşən sosial media nəhəngi Facebook, Clubhouse və Instagram Live-a bənzər bir platforma – Hotline -ı elan etdi. Bu gün ilk dəfə ictimai canlı yayımın təşkil olunduğu platforma yaradıcılara sual-cavab tədbiri təşkil etmək imkanı təqdim edir.

Facebookun bir müddətdir yeni Clubhouse kimi bir xüsusiyyət üzərində çalışdığı bilinir. İndi şirkətin Ar-Ge (Research and development (Araşdırma və təkminləşdirmə)) qrupu NPE Team, Hotline (Qaynar Xətt) adlı yeni bir xüsusiyyəti açıqladı. Hotline, məzmun yaradıcılarının izləyiciləri ilə ünsiyyət qura biləcəyi mətn və ya səs vasitəsilə sual və cavab verə biləcəyi veb əsaslı bir tətbiq olan Instagram Live və Clubhouse-un birləşməsidir.

Bu nöqtədə Hotline -ı Clubhouse-dan ayıran ən böyük fərq, məzmun yaradıcılarının sadəcə səs yerinə görüntülərdən istifadə etməsidir. İnvestor Nick Huber, Facebook-un yeni xüsusiyyətini ilk dəfə açıq şəkildə sınaqdan keçirdi.

 

| 1.Hələ bir mobil versiyası yoxdur:

Məlumatlara görə, Hotline (Qaynar Xətt) Clubhouse və Twitter Spaces-dən fərqli fəaliyyət göstərir. Bu nöqtədə tətbiq, məzmun yaradıcılarına videodan istifadə etməyə və beləliklə Clubhousedakı kimi səsli söhbətlər yerinə bir sual və cavab tədbiri təşkil etməyə imkan verir.

Tətbiqin əsas sual-cavab komponenti yaradıcıların izləyicilərin suallarını mətn vasitəsilə cavablandırmasını əhatə edir, izləyicilər isə cavablandırmaq istədikləri suallara yenidən səs verə və sonra davam edən söhbətə emoji cavabları ilə cavab verə bilərlər.

Lakin, Clubhouse-dan fərqli olaraq, Qaynar xətt danışıqları avtomatik olaraq qeyd edir. MP3 (audio) və MP4 (video) formatında götürülmüş bu qeydlər daha sonra digər sosial şəbəkələrdə yayımlanmaq üçün məzmun yaradıcılarına təklif olunur.

Hal-hazırda Facebook-un yeni xüsusiyyəti üçün bir veb sayt mövcuddur. Bu ünvanı daxil etdikdən sonra istifadəçilər Twitter hesabı ilə giriş etməli və sonra SMS doğrulaması etməlidirlər. Bu nöqtədə TechCrunch, Facebook-un tətbiqinin mobil versiyaları üzərində də işlədiyini bildirdi.

Tətbiqin nə vaxt geniş ictimaiyyətə təqdim ediləcəyi və mobil versiyaların nə vaxt çıxacağı hələ məlum deyil. Müraciət barədə yeni məlumatlar daxil olduqda sizə məlumat verməyə davam edəcəyik. İnkişaflar barədə məlumat almaq üçün bizi izləyə vəya Telegram kanalımıza da abunə ola bilərsiniz.

Digər

Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
8
+1
4
+1
0
+1
5

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.