Ekvadorda Baş Verən Super Soyuq Fırtınada Rekord Qırıldı: Tempratur -111 Dərəcəyə Qədər Endi

Ekvadorda 2018-ci ildə baş verən super soyuq fırtına ilə bağlı aparılan araşdırma məlumatları paylaşıldı. Paylaşılan məlumatlar fırtınada havanın tempratur rekordunun qırıldığını göstərir.

Üç il əvvəl, 29 dekabr 2018-ci ildə, Sakit Okeanın qərbində Ekvadorda super bir fırtına meydana gəlmişdi. Fırtından sonra toplanan peyk şəkilləri və məlumatlarla bir araşdırma aparılmağa başlandı və bu araşdırmanın nəticələri bu yaxınlarda bölüşüldü.

Araşdırmanın nəticələrinə görə, super soyuq fırtınanın zirvəsindəki temperatur -111 dərəcə idi və bu tempratur dəyərinin bir rekord olduğu düşünülür. Fırtına ilə əlaqədar araşdırma aparan qruplar, əldə edilən tempratur və fırtınanın baş verməsinin bəzi qeyri-adi vəziyyətləri ehtiva etdiyini söyləyirlər.

| Normal haldan çox aşağıdır:

Bu cür böyük fırtınalara səbəb olan çox güclü bir hava axını atmosferin ən aşağı qatına (troposfer) çatdıqda, ümumiyyətlə düzləşir (normallaşır). Lakin fırtına çox güclü olduqda, yuxarı hava axını troposferdən kənara çıxaraq stratosferə çata bilər. Tədqiqatçıların məlumatlarına görə 2018-ci ildəki hadisədə buludun üst səviyyəsi (ölçüsü) 20,5 km idi.

Mövzu ilə əlaqədar bir açıqlama verən Oxford Universitetindən Simon Proud, bu vəziyyətin “overshooting top”  (“aşma zirvəsi”) adlandırıldığını və Tropopoz qatını keçdikdən bulud zirvəsinin yüksəlməyə davam etməsindən sonra kilometrə 7 dərəcə soyuduğunu bildirdi. Lakin Proufa görə 2018-ci ildə nümunədəki Tropopozu aşan bulud 13 – 14 dərəcə daha soyuq idi.

| Bu cür fırtınaların sayı artır

Tədqiqat qrupunun dediyi kimi ‘heç bir yerin (boşluğun) ortasında’ olduğu üçün bu nəhəng fırtınanın insan həyatına heç bir təsiri olmadı. Bununla birlikdə, oxşar nəhəng fırtınaların sayında davamlı bir artım olduğu bildirildi və tədqiqatçılar bunu bir risk olaraq qəbul etdilər.

Son 3 ildə bənzər fırtına sayının ondan əvvəlki 13 ilə bərabər olduğu deyilir. Belə soyuq hava fırtınalarının mümkün təhlükəsini nəzərə alsaq, artımın səbəbini başa düşməyin nə qədər vacib olduğu aydın olur.

Bu soyuq fırtınalar haqqında araşdırmalar davam edir, ancaq belə bir fırtına yerin ən aşağı qatına yəni bizim yaşadığımız yerə gələrsə, necə bir fəalkətlə qarşılaşacağımızı təsəvvür belə edə bilmərik. Belə bir fəlakətin necə olacağını bilməsək də aşağıdakı videoda dünyanın ən soyuq yeri olan Yakutsda (-71 dərəcə) çəkilən videonu yerləşdirəcəyik.

 
Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
0
+1
26
+1
0
+1
9
 

Digər

Daxil Ol
Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
0
+1
26
+1
0
+1
9

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.