Dünya Ölkələri Üzrə Google da Ən çox Axtarılan Sənətçilər Açıqlandı

Google-ın 2020-ci il üçün axtarış statistikasından istifadə edən  bir qrup tədqiqatçı ölkələr üzrə ən çox axtarılan sənətkarların kim olduğunu araşdırdı. Araşdırmaya görə, Google istifadəçiləri keçən il ən çox Leonardo da Vinçi-ni axtardılar.

İngiltərədə yerləşən Ken Bromley İncəsənət Qalereyası dünyanın hər ölkəsini əhatə edən dərin araşdırmalar aparmışdır. Bu tədqiqat üçün Google məlumatlarını istifadə edərək, komanda bu günə qədər çox görülməmiş bir işi həyata keçirdi. Bəs Azərbaycanda və digər ölkələr üzrə Google da ən çox axtarılan sənətçilər kimlərdir?

2020-ci ildə Google-da aparılan axtarış nəticələrindən əldə edilən məlumatlara görə, dünyada ən çox axtarılan sənətçi Leonardo da Vinci oldu. 82 ölkədə edilən axtarışlarda bir nömrədə yerləşdirilən İtalyan sənətçi, digər ölkələrdə də çox axtarılan sənətçilər arasında yer aldı.

| Dünya üzrə ən çox axtarılan sənətçilər aşağıdakı kimidir.

  1. Leonardo da Vinci
  2. Frida Kahlo
  3. Van Gogh
  4. Artemisia Gentileschi
  5. Pablo Picasso
  6. Banksy
  7. Diego Velazquez
  8. Joan Miro
  9. David Hockney
  10. William Blake

| Azərbaycandakı istifadəçilərin Google-da ən çox axtardıqları sənətkar isə Frida Kahlo oldu

Araşdırmaya görə Google-da ən çox Azərbaycanda ən çox axtarış edilən sənətçi, Meksikalı rəssam dramatik bir həyatı olan Frida Kahlo oldu. Dünya üzrə ən çox axtarılan ikinci sənətçi olan, Kahlo, Azərbaycanla yanaşı Türkiyə, ABŞ, Meksika, Braziliya, İspaniya, Boliviya, Peru, Paraqvay, Finlandiya və İsveç kimi ölkələrdə ən çox axtarılan sənətçisidir

Qeyd: Frida Kahlo üçün yaradılan və “Casa Azul” kimi də tanınan muzeyi rəqəmsal bir mühitdə ziyarət etmək istəyirsinizsə, buradakı linkdən istifadə edə bilərsiniz. Məşhur rəssamın keçən il ortaya çıxan ilk səs yazılarına qulaq asmaq istəyirsinizsə aşağıdakı videoya baxın

Frida Kahlo original səs yazısı

Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

| Avropanın ən çox axtarılan sənətçisi : Leonardo da Vinci

Ümumiyyətlə Avropaya baxdığımızda Google da ən çox axtarılan sənətçinin Leonardo da Vinci olduğunu görürük. Siyahının ikinci pilləsində, anonim divar rəssamı Banksy yer alır. Həmçinin rəssam Frida Kahlo, İtalyan Barok rəssamı Artemisia Gentileschi, rəssam Van Gogh, rəssam Pablo Picasso, Keith Haring və Niko Pirosmani, Avropada ən çox axtarılan sənətkarlardandır.

Bütöv araşdırmaya baxmaq üçün, buradakı linkdən istifadə edə bilərsiniz.

Digər

Daxil Ol
Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.