Deepfake (Məşhurların Üzünə İstənilən Üzü Qoymaq) Video Necə Hazırlanır?

Deepfake texnologiyası ilə yaradılan videolar son vaxtlar internetdə çox populyarlaşır. Süni intellekt texnologiyasından istifadə edərək yaradılan bu videolar ilə illər öncə yaşamış birini günümüzün ən populyar filmlərinə əlavə etmək və ya bir siyasətçinin qeyri-adi bir mahnı oxuması kimi bir çox absurd şeylər etmək mümkündür.

| 1 dəqiqə ərzində sizi dünya ulduzu edən proqramlar

 

Deepfake videolarının sosial mediada damğalanması ilə, deepfake proqramlarına və tətbiqetmələrinə olan maraq da artdı. Bu məzmunda öz deepfake videolarınızı yarada biləcəyiniz 3 fərqli mobil tətbiqetməni sıraladıq. Bütün bu tətbiqetmələri daha ətraflı nəzərdən keçirək.

| Wombo

Android və App Store versiyalarına sahib olan Wombo ilə bir selfi şəkli əlavə etmək və tətbiqin sizə təqdim etdiyi mahnılardan birini seçmək kifayətdir. Foto və mahnını seçdikdən sonra tətbiqetmə bu iki məlumat üstündə işləyir və nəticədə əla dodaq sinxronizasiyası ilə əyləncəli videolar hazırlanır.

| Remini

Remini-yə daxil olmaq üçün Apple, Google, Facebook və ya Play Store kimi hesablarınızla daxil olmalısınız. Köhnə, bulanık və ya keyfiyyətsiz fotoşəkilləri yüksək formalı şəklə çevirmək üçün istifadə olunan bir tətbiq olsa da, Remini-də istədiyiniz bir fotoşəkil əlavə edərək hərəkətli şəkillər hazırlaya bilərsiniz.

| Reface

‘Üz dəyişdirmə’ tətbiqi olaraq adlandıra bildiyimiz Reface ilə öz simanızı və ya başqasının üzünü bir məşhurun ​​üzü ilə dəyişdirə və ya bir film səhnəsinə əlavə edə bilərsiniz.

Üz dəyişdirməyə aid olan aplikasiyalar haqqında yazdığımız yazının sonuna gəldik. Daha da ətraflı məlumat üçün yuxarıdakı videoya baxa bilərsiniz.

Digər

Daxil Ol

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.