Dəyərsiz Hiss Edirəm! Özünə İnam Necə Bərpa Edilir?

Hər insanın xoşbəxt olduğu günlər var, amma bəzi günlər özümüzü dəyərsiz və tək hiss edirik. Ətrafımızda bir çox insan olmasına və dostlarımızın xoşbəxt olmaqımız üçün əllərindən gələni etməsinə baxmayaraq, psixologiyamızda dəyərsizlik hissinin hakim olduğu üçün özümüzü pis və dəyərsiz hiss etməyə davam edirik.

Dinlədiyimiz bir musiqi, izlədiyimiz bir film və ya serial, ya da dostlarınızla yediyiniz yemək də sizi heç vaxt sevindirməyən bir vəziyyət olmağa başlayır. Hərəkətli bir mahnıdakı tək cümlə sizi tənhalığa basdırır, izlədiyiniz serialdakı iki nəfər sevgili olduqda dostlarınızın sizinlə maraqlanmadığını düşünürsünüz və bu düşüncəylə evinizə gedib otaqda özün-özünüzə beyninizi düzgün olmayan fikirlərlə doldurursunuz.

Bu gün sizə nəyə görə özünüzü dəyərsiz hiss etdiyiniz və özünüzə hörmətinizi necə bərpa edə biləcəyiniz barədə bir neçə məlumat verəcəyik.  Hazırsınızsa başlayırıq.
 

| Özümü dəyərsiz hiss edirəm

Dəyərsizlik insanı əhəmiyyətsiz hiss etdirən və bu dünyada heç bir məqsədi olmadığını düşündürən bir haldır. Bu vəziyyət emosional sağlamlığa çox böyük zərər verir.

Bu gün karantin müddəti içərisində olduğumuz üçün demək olar ki, hər bir insan bir müddət özünü dəyərsiz hiss etdir. Bu vəziyyət nəticəsində özünü digər insanlardan təcrid etmək problemi yaranır, buna sosial təcrid deyilir. Bunu özümüz də bilmədən edirik və nəticədə özümüzü ətrafımızdakı heç kimə dəyər vermədiyimizi və özümüzü heç vaxt təmin edə bilməyəcəyimizi düşünürük.

 

| Özünü dəyərsiz hiss edən insanların ümumi xüsusiyyətləri

  • Sosial mühitdə son dərəcə əsəbidirlər. Bu vəziyyət tənqid olunmaq və bəyənilməmək narahatlığından yaranır.

  • İnsanların yanında olduqda özlərini tənha hiss edirlər.

  • Cəmiyyət arasında nə deyəcəklərini bilmirlər, çox darıxdırıcı və cansıxıcı hiss edirlər.

  • Digər insanları üstün və özlərini isə həmin insanlarda aşağı olduğunu düşünürlər.

  • Artıq çəki və çox arıq olmaq kimi özünü qəbul etmə xəstəliyi var.

  • Heç bir yerə aid olduqlarını düşünmürlər.

  • Cəmiyyətdə bir yerləri olmadıqlarını hiss edirlər.

  • Qiymətləndirilməkdən və mühakimə olunmaqdan qorxurlar və onlardan uzaq durmağa çalışırlar.

  • Qruplar içində əsəbi olduqları üçün özlərini bir qrupa və ya kollektiv içinə qoymaqdan çəkinirlər.

  • Özlərini bacarıqsız, qabiliyyətsiz və yararsız kimi görürlər.

  • Psixoloji xəstəliklər ortaya çıxmağa başlayır. (Baş ağrısı, qan təzyiqi, yuxu problemləri kimi)

| Bütün bu problemlərin kökündəki səbəb insanın keçmişindədir

Əslində bu vəziyyət özünüzü evlinizə bağladığınız bu təcrid dövründə özünüzlə qaldığınız üçün ortaya çıxır, amma bunun səbəbi uşaq olduğunuz vaxtda baş verən, ancaq xatirələrin çoxluğu ilə yox olan hadisələrdən qaynaqlanır.

Uşaqlıqda fiziki, danışıq, akademik cəhətdən ələ salındınızsa, digər uşaqlar və ailələri də daxil olmaqla hamı tərəfindən kənarlaşdırıldığınız, lağ edildiyiniz və ya alçaldılınızsa, dəyərsizlik hissinin bu hissələrlə eyni olduqunu başa düşəcəksiniz. Ancaq bunları yetkin həyatınıza başladığınız vaxt yaşamış olsanız da, zamanla unutmusunuz, ancaq belə təcrid dövrlərindbunların üzə çıxma ehtimalı çox böyük olur.

Hər zaman öz qərarlarınızı və seçimlərinizi səhv etdiyinizi, hər şeydə bir qüsur tapdıqları üçün heç vaxt əla bir iş görə bilməyəcəyinizə inanıb böyüdünüz. Xüsusi qabiliyyətləriniz xor görüldü və onların üstündən keçməyinizə heç vaxt icazə verilmədi, oxumaq istədiyiniz kitabı götürdülər, etmək istəmədiyiniz riyazi məsələləri qarşınıza qoydular və buna görə heç vaxt özünüz olmağı öyrənə bilmədiniz.

| Sizdən birdənə var!

Özünüzü dəyərsiz hiss etdiyiniz üçün oxuyursunuz. Bu yazını oxuyursunuz, çünki səni heç vaxt sənə qoymayıblar, susub robot olmanı gözləyiblər. Sən onların mükəmməlliyi olmusan, heç vaxt öz mükəmməlin olmamısan.

Özünə gəl! Səndən birdənə var! Bu dünyada yalnız sənsən, bu dünyada yalnız bacara biləcəyin şeylər var, səndən başqa heç kimin edə bilməyəcəyi şeyləri edə bilərsən. Güzgüə özünə bax və getdiyin yoldakı səhvlərə diqqət yetir. Səndən başqa heç kim mükəmməl deyil, səndən başqa heç kim qiymətli deyil, çünki sən birdənəsən, sən vacibsən, qiymətli və kamilsən.

Əgər musiqini sevirsinizsə, musiqi ilə yaşa. Kitabları sevirsinizsə, kitablarla dolu bir dünya qur. Müəlliflik adına böyük bir iş yazmağı, planlaşdırmağı və həyata keçirməyi sevirsənsə yazıçı ol. 

Mükəmməl və dəyərlisən və başqalarının istəklərinə boyun əyərək yaşamağa və özünü dəyərsiz hiss edirsən,  sənin xoşbəxtliyini istəyənləri, yox sənə xoşbəxt olmağa heç vaxt imkan verməyənləri sevindirəcəkdir.

Qal və özün ol, içindəki o insanı tap və onu möhkəm qucaqla. Səndən başqa heç kim sənə dəyər verə bilməz, səndən başqa heç kim sənə hörmət etməz. Buna görə güzgüyə bax və təkrarla. Mükəmmələm, dəyərliyəm, bu dünyada ən xüsusi insanam..

| Mükəmmələm, bəs özümə inamım?

Mükəmməl və bənzərsiz olduğuna əmin olduqdan sonra kiçik dəyişikliklər etməyinin vaxtı gəldi.

  • Stilinizi dəyişdirin. Kiçik dəyişikliklər həmişə böyük dəyişikliklərin qarşısında olan maneələri təmizləyər. Üslubunuzdakı dəyişiklik ətrafınızdakı insanlara qərqibə gəlsə də, özünüzü yaxşı hiss etdiyiniz paltarda olsanız, deməli doğru yoldasınız.

  • Mənfi düşüncələrdən canınızı qurtarın. Dəyişikliklər başladıqca “insanlar nə deyər?” sualı ortaya çıxacaq. Nə desələr də, sizə mənfi enerji göndərmələrinə icazə verməyin. Planlarınızı hazırlayarkən, maneələr olduqda belə, qarşısında bir maneə varsa bunu edə biləcəyinizi düşünməyin. Həmişə edə biləcəyinizə inanın. O zaman özünüz də görəcəksiniz ki, uğura doğru bir addım daha atdınız.

  • Özünüzü tanıyın. Ən yaxşı bacardıqınız, ən yaxşı olduqunuz şeylri bir yerə yazın dəfələrlə təkrarlayın bu sizə özünüzü tanımaqı və bunun üstünə gedərək daha da çox inkişaf etməyinizə kömək edəcəkdir.

  • Həmişə özünüzü sevin. 

  • Hədəflərinizi təyin edin və hər zaman dik durun. Bir ton xəyalınız varmı? Bəlkə xaricdə yaşamaq, bəlkə ana diliniz kimi on fərqli dili öyrənmək istəyərsiniz. Bilirsən ki, bunları başqasına desəniz, lağ edəcək, amma qeyri-mümkün bir şeyin olmadığı bir qanun da var. Qarşınızda maneələr olsa da, insanlar hər şeyi sizdən almağa çalışsalar da, dik durun və hədəflərinizdən əsla dönməyin.

  • Vərdişlərinizi dəyişdirin. Ətrafınızdakı insanların sizə zorla vərdiş etdiyi hər şeydən canınızı qurtarın və ən sevdiyiniz şeyləri vərdiş edin. Sonra hər şeyin dəyişdiyini görəcəksən.

Digər

Daxil Ol
Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.