Clubhouse Artıq Istifadəçilərinə Pul Qazandıracaq!

Səsli sohbət üçün ideal sosial media platformu olan Clubhouse, məzmun istehsalçıları üçün yeni dəstək proqramını elan etdi. Platforma ilk dəfə istifadəçilərinə qonorar verəcək bir sistemi işə salacağını açıqladı.

Clubhouse-dan pul qazanmaq artıq xəyal deyil … Bir çox istifadəçi platformanın ilk istifadəyə verildiyi gündən bəri belə bir sistemin tətbiq olunacağını arzulayırdı. Nəhayət, tətbiq inkişaf etdiriciləri bu mövzuda ilk addımlarını atdılar. 

| Clubhouse -dan pul qazanmaq mümkün olur!

Kreativ sosial media istifadəçiləri üçün Clubhouse Creator First proqramı bu gün şirkətin rəsmi Twitter hesabında elan edildi. Səsli canlı söhbət tətbiqi, daha çox insana çatmaq istəyən istifadəçilər üçün xüsusi bir sistem başlatdı. Bununla birlikdə test mərhələsində olan presosein, dünyanın hər yerindən hələlik 20 məzmun istehsalçısı ilə məhdudlaşdığı açıqlandı.

Today’s Town Hall Updates:
We are launching our first creator accelerator program, Clubhouse Creator First. We are looking to support and equip 20 creators w/ resources they need to bring their ideas and creativity to life. Details and application here: https://t.co/kmKjQvoUBK— Clubhouse (@joinClubhouse) March 14, 2021

Bu şanslı istifadəçilərə maddi və mənəvi dəstək verəcəyini deəyn Clubhouse, məzmun istehsalçılarına dəstək üçün yeni proqramı aşağıdakı cümlələrlə xülasə etdi:

“Clubhouse Creator First, Clubhouse-da istəkli məzmun yaradıcılarına möhtəşəm söhbətlər aparmağa, auditoriyalarını qurmağa və pul qazanmağa kömək etmək üçün hazırlanmış bir sürətləndirmə proqramıdır. Bunun bir hissəsi olmaq istəyirsinizsə, müraciət edin! “

| Clubhouse Creator First proqramına necə müraciət etmək olar?

Proqrama qoşulmaq istəyən istifadəçilər üçün forma səhifəsinə bir keçid (link) paylaşıldı. Burada, istifadəçilərdən müxtəlif şəxsi məlumatları paylaşması istənilməsi ilə yanaşı, hansı növ məzmun yaratdıqları və gündəlik giriş sayı kimi detalları da istənir. Əlavə olaraq, Clubhouse komandasının nəzərdən keçirməsi üçün 3 dəqiqəlik nümunə səs yazısı istənilir.
 
Clubhouse tətbiqindən pul qazanmaq üçün bu misilsiz fürsətdən istifadə etmək hələlik bizim ölkədə mümkün deyil ancaq, istəyirsinizsə, bu linkə daxil olub formanı nəzərdən keçirə bilərsiniz. Cavab müsbət olarsa, elektron poçta cavab göndərilir!
 
İndiyə qədər yalnız iOS-da dəstəklənən Clubhouse tətbiqi, son xəbərlərə görə App Store-da 8 milyondan çox yüklənmə sayını keçdi. Dəvət yolu ilə qeydiyyatdan keçə biləcəyiniz tətbiq, tezliklə bir Android versiyasını çıxaracaq. Lakin, hələlik bu mövzuya aid bir tarix paylaşılmayıb. Uzun sözün qısası yaxşı söhbət etməyi bacaran insanlar clubhouse influnseri ola biləcək! Clubhouse haqqında düşüncələriniz nədir? Xüsusilə pul qazanma hərəkətindən sonra tətbiq haqqında fikirlərinizi bizimlə bölüşə bilərsiniz!

Digər

Daxil Ol

Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.