Çiftlik Bank Qurbanı Olduqlarını Deyərək Daha Çox Pul Qazanan Fürsətçilər Ortaya Çıxdı

Bir çoxumuzun bildiyi kimi, Çiftlik Bank türkiyəniu ən böyük fırıldaqçılıq əməllərinin birincisidir. Toplam olaraq 1 trilyon TL -dən çox pul türk vədəndaşlarından aldadılaraq alınmışdı. Çiftlik Bank Ceo-su Mehmet Aydın tam 580 milyon TL pul ilə ölkəndən qaçmış və hələ də tapıla bilməmişdir. Pul kripto valyuta halında olduğu üçün çox pulu çox rahat ölkədən çıxarda bilmişdir. İndi isə həmin fırıldaqçılığa məruz qalmayan ancaq məruz qaldığını iddia edən insalar ortaya çıxmaqa başladı.

Çiftlik Bank tərəfindən aldadılan minlərlə insan pullarını geri almaq üçün mübarizə apararkən, bu insanlar arasında investisiya qoyduqlarından daha çox pul alan fürsətçilər olduğu aşkar edildi. Son dövrdə edilən 1300 müraciətdən 557-si “zərərçəkmiş” olaraq qəbul edildi və ittiham aktı hazırlandı.

Tosun'un Arjantin Planı: Çiftlik Bank Benzeri Bir Sistem Kuracakmış -  onedio.com

Türkiyədə ən böyük fırıldaqçılıq nümunələrinin birincisi olan Çiftlik Bank, insanların virtual mühitdə bir təsərrüfat (ferma) quraraq yüksək gəlir əldə edəcəyini vəd edirdi. Çiftlik Bankının qurucusu ‘Tosuncuk’ ləqəbli Mehmet Aydın, istintaq başladıldıqdan sonra birtəhər ölkədən qaçmağı bacarmışdı. Bu gün bu sistemdən istifadə edən və özünü zərərçəkmiş olduğunu iddia edən insanlar üzərində araşdırmalar davam edir.

Çiftlik Bankına investisiya qoyub pullarını tamamilə itirən insanlar müraciətlərindən sonra pullarını geri almaq şansını əldə edə bilərlər. Ancaq bu vəziyyət istifadə edən heç bir zərər görməmiş fürsətçilərlə dolmasına səbəb oldu. Təxminən 1300 nəfərin zərər çəkdiklərini bildirərək prokurorluğa müraciət etdikləri açıqlandı.

| Çiftlik Banka qoyduqlarından daha çox pul geri aldılar:

Təşkilatda pul köçürülməsi üçün istifadə olunan Paparanın araşdırmasında 1300 müraciətçidən 557-nin depozitlərini geri ala bilmədikləri və ya çox az aldıqları müəyyən edildi. 750 nəfərin əmanətlərini geri aldıqları və bu insanların bəzilərinin qoyduqları puldan qazanc əldə edərək daha çox qazandıqları müəyyən edildi.

750 nəfərin zərəri müəyyən edilə bilmədiyi üçün sənədləri ayrılarkən şəxsiyyəti müəyyən edilən 557 yeni qurban üçün ittiham aktı hazırlandı. İttiham aktında, Tosuncuk da daxil olmaqla 17 menecerdən ‘məlumat sistemləri istifadə edərək ixtisaslı saxtakarlığa görə 557 dəfə cəzalandırılması istənildi. Prokuror, müttəhimlərin hər biri üçün 5,570 il həbs tələb etdi.

İlk işin baxıldığı məhkəməyə göndərilən ittiham aktı qəbul olunarsa, Çiftlik Banka qarşı işlər birləşdiriləcəkdir. Beləliklə, yeni ittiham aktında tələb olunan 5.570 illik həbs cəzası əvvəlki cəzalarla birləşdiriləcək. Hal-hazırda 22.580 ildən 75.260 ilədək həbs cəzasına məhkum olunan təşkilatın rəhbərləri hələ də bütün dünyada axtarılır.

 

Digər

Daxil Ol
Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
9
+1
3
+1
0
+1
11

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.