Bu Tarixdən Etibarən Karantin Rejimi Yenidən Sərtləşdirilə Bilər

Koronavirus infeksiyası artıq 1 ildən çoxdur ki ölkəmizdə davam edir. Novruz bayramından sonra isə rəqəmlər günü gündən artmaqa başalyır.. Azərbaycanda koronavirus infeksiyasına yoluxan insanların sayı artaraq gündəlik olaraq 1500 nəfərə yaxınlaşır. Bu xəstəlikdən ölənlərin sayı da günbəgün artmaqda davam edir. Bu da təbii ki, novruz bayramından sonra karantin rejiminin yenidən sərtləşməsi ilə bağlı fikirlər ortaya qoyur. Bəs gələn həftədən karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

| Sərt karantin rejimi qayıdırmı?

Sərt karantin rejimi qayıdacaqmı, yenidən sms li sistemə qayıdırıqmi? Bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, hazırda dünyada epidemioloji vəziyyətin pisləşməsi müşahidə olunur:

“Xəstəliyin çox sürətli yayılma dinamikası var.  Buda daha çox Britaniya yoluxucu mutasion ştamına bağlıdır. Azərbaycanda da yoluxanların və ölənlərin sayında kəskin artım müşahidə olunur. Xəstəxanalardakı xəstələrin vəziyyəti ağırdır. Bütün bunlar narahatlığa səbəb olur. Ölüm sayı artıq 20-yə yaxınlaşır. Uşaqlarda artıq kliniki əlamətlər müşahidə olunmaqdadır. Böyüklərdə xəstəlik kifayət qədər ağır keçir. Yüngül keçirənlər də ağırlaşmaya meyillidir. İnsanlarımızdan əsas tələb odur ki, karantin qaydalarına əməl etsinlər. Yəqin ki, yoluxma sayı artmaqda davam edərsə yenidən müəyyən sərtləşmələrə gedilə bilər. Novruz bayramından sonra bəzi sərtləşmələrə hazır olmalıyıq. Epidemioloji vəziyyətin pisləşməsi və gərginləşməsi karantin rejiminin sərtləşməsinə səbəb ola bilər”.

Mütəxəssis tam olaraq sərt karantin rejiminin olub olmayacağını deməsə də, günü-gündən artan göstəricinin buna vadar edə biləcəyini və bunun gələn həftədən başlaya biləcəyini dedi. 

 

Digər

Daxil Ol
Reaksiyanız ?
+1
1
+1
2
+1
0
+1
0
+1
3
+1
0
+1
5

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.