Amerikadan Verilmiş Sifarişi Hansı Karqo Şirkəti Daha Sərfəli Gətirir?

Amerikadan verilmiş sifarişlər son vaxtlar daha da artmaqdadır. Bunun başlıca səbəbləri uyğun qiymət , məhsul çeşidliliyi və keyfiyyətdir.

Xüsusilə, karantin dövründə mağazaların işləməməsi və qiymətlərin manata nəzərən (TL-nin aşağı düşməsiylə) daha sərfəli olması diqqət cəlb edən faktordur.

Eyni zamanda, prosesin rahat olması da sözü gedən şirkətlərə olan marağı daha da artırmaqdadır.

Belə ki, karqo şirkətindən qeydiyyatdan keçdikdən sonra bəyəndiyiniz məhsulun linkini, onun ölçü və rəngi barədə məlumatları qeyd etdikdən sonra sifarişi təsdiqləmiş olursunuz. Bundan sonra geriyə sadəcə gözləmək qalır.

Bundan sonra məhsulu əldə edənədək şirkət məhsulun yeri barədə məlumatlandırır (mesaj, email vasitəsilə).

Sizin öhdənizə düşən isə sadəcə məhsulu gedib yerli şirkətin anbarından götürmək və ya kuryer vasitəsilə ünvana sifariş verərək məhsulunuzu əldə etməkdən ibarətdir.

Proses çox sadə görünsə də, sifariş verdiyiniz andan məhsulu əldə edənədək 1-2 həftə (bəzən 1 ay) gözləməli olacaqsınız. Beləliklə prosesin aktuallığı insanlarda hansı şirkətlərin daha sərfəli və güvənli olması barədə suallar formalaşdırır.

Banco.az öz növbəsində sizin üçün faydalı olacağını düşünərək bu şirkətlərin qiymətlərini araşdırıb təqdim edir. Keyfiyyətinə qərar vermək isə sizin ixtiyarınızdadır.

Qeyd edək ki, qiymətlər Bakı şəhərinə çatdırılma üçün nəzərdə tutulub.

| Amerikadan verilmiş sifarişi gətirən karqo şirkətləri 

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

 

Yeniliklərdən tez xəbərdar olmaq və bu tipli məzmunların daha çox gəlməsi üçün sadə bir toxunuşla Telegram kanalımıza abunə ola bilərsiniz

 
Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.