439 İl Əvvəl Göy Üzünü “Yandıran” Nəhəng Günəş Fırtınası, Yaxın İllərdə Təkrarlana Bilər

Alimlər 439 il əvvəl baş verən və 3 gecə göyün alov içində yanmasına səbəb olan nəhəng günəş fırtınasının cari (indiki) əsrdə təkrarlana biləcəyini açıqladılar.

 

Alimlər 439 il əvvəl baş verən və 3 gecə göyün alov içində yanmasına səbəb olan nəhəng günəş fırtınasının cari (indiki) əsrdə təkrarlana biləcəyini açıqladılar.

2020-ci ildə tez-tez eşitməyə alışdığımız fəlakət xəbərləri 2021-ci ildə də görünməyə davam edir. Cornell Universitetindən olan astronomların və Portuqaliyalı astronomların verdiyi açıqlamalara görə, sonuncusu 1582-ci ildə qeydə alınan yeni bir nəhəng günəş fırtınası cari əsrdə baş verə bilər.

Avropa və Asiyanın onlarla şəhərində səmanı üç gecə açıq havaymış kimi işıqlandıran hadisə ilə bağlı qeydlər tapmaq mümkündür. Hadisə ilə bağlı ortaya çıxarılan mətnlərdən birində nəhəng günəş fırtınaları haqqında “Bütün göy yanırdı; sanki göy yanırdı ” ifadələri keçməkdədir.

| Nəhəng günəş fırtınası şəhərlərdən elektrik xətlərinə qədər bütün elektron infrastrukturu və cihazlara təsir edə bilər

439 il əvvəl baş verən nəhəng günəş fırtınalarının qeydlərini və bugünkü günəş fəaliyyətlərini araşdıran elm adamları, bənzər bir nəhəng günəş fırtınasının mövcud əsrdə meydana gələ biləcəyini söylədi. Əsrlər əvvəl baş verən fırtına, böyük bir qorxuya səbəb olsa da, ciddi bir zərər verməmişdi. Bu gün gələndə vəziyyət tamamilə fərqli ola bilər.

Günəş fırtınaları ulduz Günəşdəki fövqəladə partlayışların təsiri ilə yüklü hissəciklərin kosmosa yayılmasıdır. Bu yüklənmiş hissəciklər elektron cihazlarla qarşılıqlı əlaqədə olduqda ciddi ziyana səbəb ola bilər. Bu səbəbdən mümkün bir nəhəng günəş fırtınasında minlərlə peyk, kompüter, telefon və hətta bütün elektrik şəbəkəsinə ciddi təsir edə bilər və insanlığı təhlükəli bir sınaqdan keçirə bilər.

Lakin, hazırda çaxnaşmağımızı tələb edən heç bir vəziyyət yoxdur. Çünki elm adamlarının proqnozu yalnız bir proqnozdur və bu proqnozun gerçəkləşəcəyi tarix bu gün və ya sabah qədər yaxın deyil, içimizdə olduğumuz və sona çatmasına təxminən 80 il qalan 21-ci əsrddəyik. Buna görə elektron cihazlarınızı etibarlı şəkildə istifadə etməyə davam edə bilərsiniz.

Digər

Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
1
+1
11
+1
0
+1
6

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.