1969-cu İldə 11 Yaşında Bir Məktəbli Tərəfindən Gələcək Texnologiyaları Haqqında Təxminlər Yazılan Məktub

İngiltərədə 60 yaşlarında olan bir cütlük, divanın altında 1969-cu ildə yazılmış bir məktub tapdı. 11 yaşındakı bir qız tərəfindən yazılmış bu məktubda, onilliklər əvvəlki günümüzdəki smartfonların xüsusiyyətlərini təxmin edərkən 1980-ci illərdə texnologiyanın və həyatın necə olacağına dair proqnozlar var.

11 yaşlı bir qızın 1980-ci ildə texnologiyanın və həyatın necə dəyişəcəyi barəsində 1969-cu ildə ev tapşırıqında yazdığı məktub, 51 il sonra ortaya çıxdı. Charlie’s Chocolate Factory-də olduğu kimi yeməklərin saqqız kimi istehlak edildiyi bir gələcəyini xəyal edən kiçik qızın on illər əvvəl bu gün tez-tez istifadə etdiyimiz bir texnologiyanı xəyal edə bildiyi ortaya çıxdı.

Rosa Beckerton pictured holding the letter.

Adı açıqlanmayan qız məktubunda 1980-ci ildə telefonların böyük bir ekrana və ön kameraya sahib olacağını, beləliklə video zənglər edə biləcəyini yazdı. Qızın hələ də sağ olub-olmadığı bilinmir, amma həqiqətən sağ olsaydı 62 yaşlarında olacaq bu qadının kiçik bir yaşda gələcəyi bu qədər açıq şəkildə proqnozlaşdırması həqiqətən təəccüblüdür.

Məktubu İngiltərədə yaşayan 60 yaşlarında bir cütlük tapdı. Məktubu kimin yazdığı bəlli deyil, ancaq kağızın yuxarı sağ tərəfinə qoyulmuş tarix sayəsində məktubun 1969-cu ildə ev tapşırığı kimi yazıldığı ortaya çıxdı.

| 11 yaşlı qızın yazdığı məktubu təqdim edirik:

A 50-year-old letter penned by a schoolgirl who imagined what life would be like in the future and who predicted ZOOM has been found stuff down the back of an old sofa. See SWNS story SWCAletter. The heart-warming letter was penned in 1969 by an un-named girl and and was possibly part of a school project to predict what life would be like in 1980. It was found stuff down the back of an old three-seater, sofa which had been bought second-hand and sent to be restored by an upholsterer. And despite some outlandish fantasies - including the Willy Wonka-esque suggestion of getting all your meals from chewing gum - the 11-year-old girl was not far off the mark with other predictions. In fact, the school girl appears to have predicted video-call platform Zoom - suggesting that all phonecalls in the future would be accompanied by a video feed.

mektup

1980 -ci il, 21 yaşım var və yer döşəyində otururam. 11 yaşımda məktəbə getdiyimi xatırladım, o vaxtdan bəri hər şey çox dəyişdi. Televiziya, məsələn, 1969-cu ildə televizorun önündəki bir düymə olan aparat idi. İndi televizoru açıb söndürməyə imkan verən uzaqdan idarəedicilər (pultlar) var.

Evləndim və bankda işləyirəm. Ömrüm boyu bankda işləmək istəyirdim. Yoldaşım tezliklə işdən evə qayıdacaq, amma 1969-cu ildə dəmlədiyimiz çaylardan qalmayıb artıq. Bu günlərdə yalnız saqqız yeyirik. Saqqızla doymaq olarmı deyirsiniz, ancaq bu saqqız yemək rolunu oynayır və çeynədiyiniz zaman əsl bir yemək boğazınızdan keçib gəldiyini hiss edirsiniz. Bunlar həqiqətən faydalıdır və bu şəkildə yuyulacaq qab-qacaq ortaya çıxmır.

Budur yoldaşım gəldi. Məni görəndə həmişə “düyməni bas canım” deyir. Bu düymə qapımızın avtomatik açılmasına imkan verir.

-Salam canım, bir dostuma video zəng etməliyəm.

-Onda bir az üst başını düzəlt.

1969-cu ildə telefon dediyimiz, sonunda antenası olan bir kvadrat qutu idi. İndi nəhəng bir ekranı və kamerası var ki, insanlar dostları ilə videoda danışa bilsinlər. Bir az televizora bənzəyir. 10 il əvvələ baxanda hər şeyin hədsiz dərəcədə dəyişdiyini görə bilərəm.

Digər

Daxil Ol
Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.