1,3 Milyon Clubhouse İstifadəçisinin Şəxsi Məlumatları Oğurlandı!

Bu yaxınlarda facebookdan başqa məlumatları oğurlanan sosial şəbəkə Clubhouse-dan oldu. 1,3 milyon istifadəçinin şəxsi məlumatlarının Clubhouse səsli söhbət tətbiqində oğurlandığı ortaya çıxdı.

Bu yaxınlarda facebookdan başqa məlumatları oğurlanan sosial şəbəkə Clubhouse-dan oldu. 1,3 milyon istifadəçinin şəxsi məlumatlarının Clubhouse səsli söhbət tətbiqində oğurlandığı ortaya çıxdı.

 

Son zamanların ən çox danışılan sosial şəbəkələrindən biri olan Clubhouse, hazırda yalnız iOS platformasında mövcuddur. Bu o deməkdir ki, milyardlarla istifadəçisi olan Android istifadəçiləri hələlik Clubhouse söhbətlərinə qatıla bilməzlər.

Bazar günü həftəlik Townhall tədbirində tətbiqin Android versiyasından bəhs edən Clubhouse-un təsisçisi Paul Davison, şirkətin Android tətbiqini buraxmaq üçün çox çalışdığını, ancaq Android-ə gəlməsi üçün hələ bir neçə aya ehtiyac olduğunu bildirdi.

Android tətbiqi üstündə işləyən şirkət bu yaxınlarda baş verən məlumat oğurlanması problemi ilə üz-üzə gəldi. Əfsuslar olsun ki, digər platformalara baxdıqda yeni olan CLubhouse -un məlumatlarının oğurlanması bir çox istifadəçi tərəfindən mənfi bir hal qiymətləndirildi.

 

Cyber ​​News saytındakı xəbərə görə, istifadəçilərin şəxsi məlumatları bir hacker forum səhifəsində paylaşıldı. Paylaşılan məlumatlar arasında istifadəçilərin adlarının, sosial media profil adlarının və digər detalların olduğu bildirildi. Sızan məlumatların hakerlərin şəxsiyyət oğurluğu və saxta üsullarla istifadəçiləri hədəf almasına səbəb ola biləcəyi bildirildi. Bu məlumatlarla bəlkə də, bir çox insana phishing hücümü olacaq.

Son olaraq zəhmət olmazsa fikir və təkliflərinizi aşağıdakı şərhlər bölməsində qeyd etməyi unutmayın. Yeniliklərdən tez xəbərdar olmaq üçün isə rəsmi Telegram kanalımıza da abunə ola bilərsiniz.

 

Digər

Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
13
+1
5
+1
0
+1
2

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.