Möhtəşəm Slayd Hazırlamaq, Təqdimat İdarə Etmə və Çıxış Etmək Üçün : 10/20/30 Qaydası

10/20/30 Qaydası: PowerPoint ilə təqdimatlarınızı hazırlayırsınız hər şey kənardan çox yaxşı görünür ancaq, bir problem var təqdimatınızı çıxış etdikdən sonra , insanların üzündə və dediklərində istədiyiniz nəticə əldə etmədiyinizi görürsünüz. Ancaq, siz çox əziyyət çəkdiniz bu necə oldu? Bunun sadə bir cavabı var sizin hazırladığınız təqdimat professional deyildi və bir çox nüansdan əskikliyi var idi. Ona görədə bu yazıda necə peşakar təqdimat hazırlanacağını öyrənəcəksiniz.

PowerPoint ilə təqdimatlarınızı hazırlayırsınız hər şey kənardan çox yaxşı görünür ancaq, bir problem var təqdimatınızı çıxış etdikdən sonra , insanların üzündə və dediklərində istədiyiniz nəticə əldə etmədiyinizi görürsünüz. Ancaq, siz çox əziyyət çəkdiniz bu necə oldu? Bunun sadə bir cavabı var sizin hazırladığınız təqdimat professional deyildi və bir çox nüansdan əskikliyi var idi. Ona görədə bu yazıda necə peşakar təqdimat hazırlanacağını öyrənəcəksiniz.

 

Bəs professional təqdimat üçün slaydlar necə hazırlanmalıdır? Ən vacib nüanslar nələrdir. Bu sualların cavabını bizə verən bir nəfər var. Bu adamın adı Guy Kawasaki -dir və o bugünə qədər ki, ən yaxşı slayd və təqdimat hazırlama qaydasını hamıyla bölüşmüşdür. Qayda 10/20/30 qaydası adlanır.

| 10/20/30 qaydası nədir?

Sadəcə dildə desək, +10 20 30 PowerPoint qaydası, təqdimatlarınızda izləməyiniz lazım olan 3 qızıl qayda prinsipdən ibarətdir. Təqdimatınız maksimum 10 slayddan, maksimum 20 dəqiqə uzunluqdan və minimum 30 şrift ölçüsündən ibarət olmalıdır.

| 10 Slayt

Stockholm'deki PowerPoint sunumlarının 10 20 30 kuralı.

Guy Kawasaki , 10 slaydın “ağılın idarə edə biləcəyi şey” olduğunu söyləyir. Təqdimatınız 10 slaydda ən çox 10 bal toplamalıdır.

Təqdimat zamanı təbii meyl tamaşaçıya mümkün qədər çox məlumat yükləməyə çalışmaqdır. Əslində izləyicilər süngər kimi məlumatları mənimsəmirlər; Təklif olunanlar haqqında sadəcə çox az məlumat yadda saxlayırlar.

Yaxşı 10 slayd hazırladıq deyək, bu slaydlar nələrdən ibarət olmalıdır ki, izləyicəlrin diqqətini cəlb edə bilək? Guy Kawasaki bu sualında cavabını aydın formada verir. Guy Kawasaki -yə görə slayd sıralaması aşağıdakı kimi olmalıdır.

  1. Problem

  2. Sizin həll yolunuz

  3. Biznes modeli

  4. Həll modeli / texnologiyası

  5. Marketinq və satış

  6. Rəqabət

  7. Komanda

  8. Görüşlər və mərhələlər

  9. Status və vaxt qrafiki

  10. Xülasə

Gördüyünüz kimi 10 slayda nələr sığışdırıla bilər. Təqdimatın 10 slayddan ibarət olmasının ən əsas səbəbi təkrarlara izləyicini məruz qoyaraq onları sıxmaqdan kənar dayanmaqdır. Çünki izləyici təkrar-təkrar eyni slaydları gördükdə istər istəməz sıxılı və sizin bütün əziyyətiniz boşa çıxmış olur. Bunun qarşısını almaq üçün həmişə 10 slaydlıq bir təqdimat hazırlayın.

| 20 Dəqiqə

Buradakı 20 dəqiqə sizin təqdimatınızın maksimum 20 dəqiqə çəkməli olduğunu göstərir. Bəzi insanlar bu dəqiqə mənim ən az çəkən təqdimatım 1 saat çəkir deyə bilər. Ancaq unutmayaq bir mövzunu konkret hissələrindən çox əlavələrini təqdimatda işlətdikdə izləyiciləri çox sıxmış olacaqsınız. Çünki indiki dövrün insanları qısa , konkret və uzun çəkməyəcək təqdimatlara baxmaqa daha çox üstünlük veririlər.

Yaxşı indi 20 dəqiqə qaydasına riayət etməyə çalışırıq ancaq, demək istədiyimiz çox şey kənarda qalır onda necə edək. Çox sadə yenidən mənim detalları nəzərdən keçirin və baxın görün həmin məlumatlar əvvəl verdiyiniz məlumatlarla oxşardırmı? Qısaca yenidən təkrar məlumat verirsinizmi bunu təyin edin. Əgər elədirsə deməli o təkrar məlumatdır və təqdimatdan çıxarılmalıdır.

Guy Kawasaki bu 20 dəqiqəlik təqdimat üçündə bir irəliləmə sujeti hazırlamışdır. Guy Kawasaki -yə görə möhtəşəm 20 dəqiqəlik təqdimat:

  • İntro (Giriş) (1 dəqiqə) – Girişdəki zəriflik və nümayişkaranəlik sizi aldatmasın. Orada oturan hədəf auditoriyanız artıq məsələnin nə olduğundan xəbərdardır. Ona görə giriş olaraq təqdimatın mövzusunu açıqlamaq üçün maksimum 1 dəqiqə vaxt sərf edin.

  • Bir sual verin / Problemi işıqlandırın (4 dəqiqə) – Bu təqdimatın həll etməyə çalışdığı mövzunu birbaşa daxil edin. Təqdimatın əsas mövzusunu qaldırın və məlumat və ya real dünya nümunələri ilə əhəmiyyətini vurğulayın. Diqqəti özünüzə çəkmək və problemin vacibliyini göstərmək üçün auditoriya fikirlərini soruşmaq üçün onlara sual verin. Bu həmdə fikri sizdə olmayan insanların yenidən fikrini sizə cəmləməsinə səbəb olacaqdır.

  • Əsas hissə (13 dəqiqə) – Təbii ki, təqdimatın bütün əsas mərkəzi buradır. Verdiyiniz suala və ya problemə cavab verməyə və ya həll etməyə çalışan məlumatı auditoriyadan alın. Dediklərinizi dəstəkləyən vizual faktlar və rəqəmlər təqdim edin və təqdimatınızın bir ahəng içində olması üçün slaydlar arasında keçin.

  • Nəticə (2 dəqiqə) – Problemin qısa xülasəsini və onu həll etmək üçün verdiyiniz fikirləri təqdim edin. Bu, sual və cavab bölməsində sizdən soruşmadan əvvəl tamaşaçıların zehinlərindəki məlumatları gücləndirir.

İndi isə keçək son hissəyə.

 

| 30 şrift ölçüsü

10 20 30 kuralında büyük metnin önemi.

Şrift ölçüsü təqdimatda ən böyük səhv edə biləcəyiniz hissədir. Çünki şrift ölçüsü slaydın ölçüsünü təyin edir. Bəs niyə maksimum 30 şrift və onun yuxarısı. Cavab çox sadə insan gözü uzaqdan yazıları oxumaqda çətinlk çəkir. Buda təqdimat vaxtı uzaqda oturan insanların nümayişinizə foksulana bilməməsinə səbəb olur. 

Ancaq, 30 şrift ölçüsü istifadə etdiyiniz vaxt uzaqda oturan izləyicilər belə rahatlıqla slaydlarınızdakı yazıları görə bilirlər.

slayt nasıl yapılır

Nə üçün ən az 30 şrift ölçüsü istifadə edirik. Bunun 2 əsas səbəbi var.

  1. Hər slayd üçün mətn miqdarını məhdudlaşdırmaq – Bu şrift ölçüsünü ən yaxşı tərəfi slaydlarınızı lazımsız söz bazasına çevirmənin qarşısını almaqdır. Çünki nə danışacağınızı slaydlara yazsanız izləyicilər içindən niyə danışır ki, otursun biz özümüz oradan oxuyarıq.

  2. Çox uzaqda oturan bir belə slayda mətnini rahat görə bilsin – Yuxarıdada qeyd etdiyimiz kimi çox uzaqda oturan insanların slaydlarınızda nələrin yazıldıqını oxuya bilməsi üçün bu şrift ölçüsü istifadə edilməlidir.

Beləliklər artıq mğhtəşəm və professional slayd necə hazırlanır artq bilirsiniz. Qarşıdan gələn təqdimatlarınızda sizə uğurlar.

| Guy Kawasaki tərəfindən 10/20/30 qaydası

 

| Türk dilində 10/20/30 qaydası

Son olaraq zəhmət olmazsa fikir və təkliflərinizi aşağıdakı şərhlər bölməsində qeyd etməyi unutmayın. Yeniliklərdən tez xəbərdar olmaq üçün isə rəsmi Telegram kanalımıza da abunə ola bilərsiniz.

 

Digər

Reaksiyanız ?
+1
0
+1
0
+1
0
+1
9
+1
4
+1
0
+1
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.