Ən Sərfəli Debet Kart Hansı Bank Tərəfindən Verilir?

Debet kartlar indiki vaxtlarda e-ticarət vebsaytlarından məhsul almağımıza, super marketlərdən məhsul alarkən nağdsız ödənişi etməyimizə və bunun kimi digər xidmətlər üçün istifadə etdiyimiz kartlardır. Keçmiş bu günə baxdıqda debet kart istifadəsinin əvvəlkindən qat-qat çox olduğunu rahatlıqla deyə bilirik.

Ancaq debet kart almaq bir bankdan kredit almaq daha qarmaşıqdır çünki, debet kartlarda müxtəliflik çoxdur. Elə banklar vardır ki, müştəri qazanmaq üçün debet kartı pulsuz təklif edir, eləsi vardır ki, sərfəli kampaniyalar ilə müştəri qazanmaq istəyir. Nəticədə orta nə etməli olduğumuzu bilmədiyimiz bir mənzərə yaranır. Ancaq bu yazıda banco.az -ın hazırlamış olduğu araşdırmalar vasitəsilə bu problemin həllini tapacağıq.

| Ən sərfəli debet kartlar hansılardır?

E-ticarətin payının artması nağdsız əməliyyatlar aparmaq üçün insanlarda bank kartlarına marağı artırır. Təkcə son bir il ərzində bu əməliyyatların həcmində 62% artım müşahidə olunub. 

Qeyd edək ki, araşdırma yalnız bankların sadə (adi) debet kartlarının istifadə olunmasını əhatə edir.

İlk növbədə kartın məbləği və istifadə müddəti gəlir ki, bu barədə aşağıdakı cədvəldən rahatlıqla məlumat ala bilərsiniz. Bundan əlavə kartın valyutasının nə olduğuda əsasdır. Banklar bu kartı almaq istəyənlər üçün minimum 2, maksimum 4 valyuta seçimi təklif edirlər. Onu da vurğulayaq ki, kartları yalnız bir valyuta olacaq formada da almaq mümkündür (Bankların bunlardan başqa bir neçə valyutanı özündə cəmləşdirən multivalyutalı kartları da mövcuddur). 

Kartların çox vaxt müddəti 1, 2, 3, 4 və ya 5 illik olur. Müddətinə uyğun olaraq da qiymətləri aşağıdakı infoqrafikdə qeyd olunur. Nümunə olaraq Expressbankın təklif etdiyi Expresso Standard kartı 1 illik qiyməti 5 AZN, 2 illik 10 AZN, 3 illik 15 AZN və 4 illik isə 20 AZN-dir. 

Bank kartları nə qədər nağdsız əməliyyatlar aparmaq, alış-veriş etmək niyyəti ilə alınsa da, bəzən nağd pula da ehtiyac yaranır. Bunun üçün nağdlaşdırma zamanı bankların komissiyalarını bilməkdə fayda vardır. Hansı bank kartı daha az komissiya tutur sualının cavabı isə aşağıdakı infoqrafikdən öyrənə bilərsiniz.

İndiki vaxtda isə hər kəsin ən əsasda çox vaxt internetdən alış-veriş edənlərin diqqətini cəlb edən kəşbək (cashback (geriqayıdış)) xüsusiyyətidir. Məbləğ nə qədər xırda olsa da, insanlara ödədikləri miqdardan geri dönüş alması fikri çox qazanclı gəlir. Bəs ən çox kəşbək hansı bank kartı verməkdədir? Cavabı aşağıdakı infoqrafikdə.

 

Digər əsas məqamlardan biri də kartda qalan məbləğə görə faiz gəlirinin hesablanmasıdır. Bəs hansı bank kartı daha çox geri gəlir gətirir?

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

| Hansı debet kart istifadə etmək daha sərfəlidir

Burada məzmun yazıçısı olaraq şəxsi istifadə etdiyim bank kartını məsləhət görəcəyəm. İstifadə etdiyim bank kartı Rabitəbankdan Kartmane kartıdır. Bu kartı istifadə etməyimin əsas səbəbi 5 dəfə olacaq formada istənilən bankdan pul çıxara bilməyimdir. Həmçinin bu kartlara E-manat terminallarından pulsuz (komissiyasız) formada pul mədaxil edə bilməyimdir. Son bir əlavə olaraq 5 illik istifadəs olan bu kart üçün sadəcə 10 Azn ödədim. Bu kartı sizədə tövsiyyə edərdim.

 
 
Reaksiyanız ?
+1
7
+1
1
+1
0
+1
8
+1
1
+1
0
+1
0

  1. İlhan :

    Cox sag olun axtardigim sualların hamisin bu rda tapdim ve mend e qerarimi verdim tesekkurler

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.